16-12-2020, 16:42

Elşad M. Turan


-----------------------------
Səhərin
alatoranı, axşamın şəri,
insanların əməli,
həm də
kirli baxışlarından artıq yorğun
düşmüş,
artıq
yorulmuş,
artıq bezmiş bir
şəhər,.. budur, indi uzun

soyuq dekabr gecəsinin vaxtsız
vədəsini
yaşamağa necə də möhtacdır,
necə
də can atır, necə də nəfəsi
çatmır,
bir
səssiz, pıçıltılarla dolu, ona
rahatlıq
verəcək,
zülmətdən uzaq,
sevgiyə həsrət, qaranlıqda
doğulan
işığın, tənhalıqda tapdığı
son
umudun,
söküləcək dan yerinin gözünə bir cüt
qadın
gözlərini
sevərək dikib,
ecazkar, soyuq, həm də ayazlı,
ürəkləri
titrədən, həqiqi eşq romanlarını
qoynunda
yaşadan və sevgisiylə dünyanın
bütün
əclaflıqlarını bir
anda
dondura bilən, insanlığa bəşəri
bir
sevgini nə vaxtsa verəcək bir gecənin,...
dünənin qaranlığı, zülmətin
hökmranlığı,
bir də üstünə yeriyən
qara əllərin, qorxunc gözlərin
soyuq,
həmdəki
bumbuz nəfəsi üşüdür,
həm də qorxudur
yorğunluqdan
həkk düşmüş canını,
deyəsən
havada bir az ayaz var,
bir
az da çiskin, həm də azca şimal küləyi,
ardınca
budaqların artıq saxlamğa gücü
çatmadığı,
qurumuş, payız ömrünün
son
akkordlarını başa vurmağa sürüklənən,
sanki
ölüm qabağı
vida
nəğməsini oxuyan qu quşu
tək
yarpaqların xışıltısı, necə də titrəyir
soyuqdan
həvəssiz- həvəssiz, taleyin umuduna
buraxılmış,
həyatın ən sərt, qəddar
üzüylə baş- başa qalmış

anasının isti qucağına möhtac
məsum
cocuqlar tək,
külək hələki uzaqlardan
barıt
qoxusunu gətirənə də
bənzəmir,
çünki əzilməkdən, tapdanmaqdan
yorulmuş şəhərin zəif
düşmüş
çiyinləri,
sönmüş ruhu bu savaş
yükünü
daşımaqa nə gücü,
nə də həvəsi var, qadın nəfəsinin
kəsildiyi,
bakirəliyinin
itdiyi bu şəhərin üstündən
hələki
neft və qan qoxusu gəlir,
ondan
savaşmaq, hayqırmaq,
haqqına
sahib
çıxmağı
istəmək bu gün necə də
gülünc,
necə də məzhəkəlidir,..
hələki ağaclar lal, dinməz,
sanki
qış yuxusuna çoxdan
tələsirlərmiş kimi
soyuqdan
titrəyən, baharda sevgiylə
doğduqları
yarpaqları
indi
heç veclərinə də almırlar,
zənginlərin
kasıbları veclərinə almadıqları
kimi,
oğru
payçıların, saxta elitanın toplaşdığı,
bahalı
mənzillərin sırayla düzüldüyü
prospekt
boyu isə hələ də şütüyür maşınlar

gecənin səssizliyini pozur bahalı
matorlar,
bahalı matorların gözüylə
görən,
həmdəki
min bir əbləhlikdən çıxan,
özünə
aclar dünyasının göz yaşları
üstündə
xoşbəxtlik sarayları ucaldan
azğın,
azğın olduğu qədər,
aldadıb ər tutdurmaqı
arvadından
öyrənmiş sahibləri,
oturduqları
qucaqlardan qalxıb
necə də utanmadan
gecənin
bu vədəsində daha isti,
daha bahalı,
daha
iri qucaqlara qaçırlar abırsız- abırsız,
həyasız- həyasız,
qancıq-qancıq,
şərəfini bir quruşa satmış,
əvəzində bir köpək
payı
qazanmış, sonra da
arvadına kişilik etmək
həvəsinə
necə də düşmüş,
şərəfsiz- şərəfsiz,
zənginlərin
alışdığı, tez- tez girib
çıxdığı butiklərin
manekenləri isə
vitrinlərin arxasındaca
donmuş, kirmişcə, gecənin
səssizliyinə,
bəzən pozulan ahənginə
tamaşa
etməkdədirlər,
onları
məhkum etdikləri şüşələrin
arxasından,..
və açılacaq sabahları gözləyirlər
beləcə,
sakitcə, astaca, kirimişcə,
evinə gec qalan, ehtiyacın
girovluğundan
güc, bəla qurtulan
adda- budda yoxsul adamların
uzun
boylu siluetləri vitrinlərin
gur
yanan işığında necə də
əzgin, yorğun,
əzilmiş, əyilmiş, sanki min
ilin Sizif
əzabını çiynində
daşıya- daşıya bu əzabdan
sınmiş, sındırılmiş kimi
görünür,
içəridəsə həzin, lirik musiqi,
siqaretsiz,
içkisiz,
qadınsız, yalançı eşq
romanlarından uzaq,
gerçəkliyi
yaşayaraq, saksafonda möhtəşəm
bir parça səslənir,
savaş ruhumuzu titrədən,
özündən
çıxaran
türkülərdən fərqli, şəhərin bu ecazkar,
bu
soyuq qış gecəsinin unudulmayan
mənzərəsi
bu həzin,
lirik parçayla necə də həmahənglik
yaradır,
bir-birini tamamlayır,
milyonlar
fırladan, bu şəhəri qumara
qoyan
ruhsuz, əbləh, azğın varlıqlar
çoxdan
yuxuya getmiş, fısıltıyla
yuxuda
artıq, çoxdan satdıqları,
parasını bankalara
yatırtdıqları bu şəhəri təzədən
satmaqın qara yuxularını
görürlər
bəlkə də indi,
təkcə
yatmayanlar, yuxusu qaçanlar
bu
şəhərin acı taleyi,
zorlanmış qadın ləyaqəti,
hətta
qanla belə yuyulmayan
ləkəsiylə
barışmayanlardır,
pulsuz- parasız,
vicdanı kimi cibi də tər-təmiz,
çiyinlərindəsə
məlkələr oturmuş, ilahi hökümü
səbr edib gözləyərək,
bir
küncə sıxılmış, təkcə ləyaqətlərinə,
kişilik qüruruna
sığınıb,
bürünərək, sabahkı savaşlar
üçün
qoruyub
saxladıqları gücləriylə baş- başa,
göz- gözə, nəfəs- nəfəsə, dik,
başı uca,
sınmamış, sındırmağa
güclərinin
çatmadığı ər nəfəsləriylə
dayanıblar,
üzü dənizə, bir gün üsyankar
fırtına
quşlarının dənizdən qalxaraq,
qanad
çalıb,
yorğun, qadın ləyaqəti itmiş, bakirəliyi zorlanmış şəhərin üzərinə
uçmasını
gözləyərək,
azadlıq nəğməsini
oxuyaraq,
yatmış ruhları oyadaraq,..
...şəhərsə hələ də oyaq,
savaş
ruhu yatsa da,
qadın gözlərinə
hələki
yuxu getmir, yuxusu qaçmış,
yorulmuş,
yorğun düşmüş,
hər gün
təkrarlanan yalanlardan,
riyalrdan,
saxta təbəssümlərdən,
saxta
öpüşəlrədən,
saxta görüşlərdən, yalançı
sevgilərdən, saxta andlardan,..
beləcə
açılacaq növbəti, yalanlarla dolu,
hay- küylü
bir sabahın izdahamına
sanki
qulaq kəsilib, canında
təzədən
zorlanmaq, həm də insan qorxusu
var,
çünki ruhu və qəlbi çirkli
adamlar
sabah
tezdən oyanacaq, yeriyəcək
təzədən bu zavallı şəhərin üstünə,
doluşacaqlar
qadın sinəsinin üzərinə,
duracaqlar qəsdinə, əzəcəklər
o ki var çirkli
ayaqlarıyla
illərdir acılar çəkən qadın
sinəsini ağına,
bozuna
baxmadan, incidəcəklər
gözünün
qarası gedənəcən,
küsdürəcəklər qadın ürəyini,
qovacaqlar
olan-qalan sevgisini, artıracaqlar
nifrətini,
alacaqlar əlindən sabaha
saxladığı
son umudunu da,
beləcə, bir sabah da açılacaq,
kiminə
xoşbəxtlik, kiminə acı gətirəcək,
kimisi ləyaqətini satacaq,
əvəzində milyonlar qazanacaq,
imkanını
artıracaq
alçaq- alçaq, arvadından
xəbərsiz- xəbərsiz, ayağı
sürüşkən,
gözüylə görmüş
hər alçaqlığa göz yuman,
vicdanından
xəbərsiz,
sonra da
parasını rahat- rahat, sakit-sakit
ofşorlara
yatıracaq, qazandığı çirkli
pulu
bax
beləcə yuyacaq, ancaq parasını yusa
da, heyhat,
çox heyhat öz ruhunu
yumasına zamanı da qalmayacaq,
bir
gün çıxacaq it iyi verən ağzından
canı,
qurtulacaq,
uçacaq göylərə,
bir
də geri dönməyəcək, çirkabına
bulaşdığı,
əzgin, küskün, küsdürülmüş
ruhu,
kimisi də ləyaqətin qorumağa
qalxacaq,
savaşacaq həmən sabah,
sonra, sonra yenə gecə düşəcək,
zülmətlərə hamilə, sabahlara
həsrət
qalan bir gecə, bəlkə də bu şəhərə
sonuncu
dəfə
sevinc , həm də
gülüş gətirəcək,
ecazkar,
sirlərlə dolu həmən
gecə,
sonra
da, sonra da bizim savaşımızı
gətirəcək, barıt qoxulu,
həmən
savaşı bizə doğacaq, ancaq, ancaq,
ancaq
bizimçün
doğulacaq bir gecə, barıt
qoxulu
bir sabahı bizə doğacaq həmən
gecə,
savaş gecəsi, savaşımızın
gecəsi,
vuruşub,
qazanacağımız gecə,
bizimlə səngərlərdə, bir yerdə
göz
qırpmadan
göz-gözə,
nəfəs- nəfəsə, çiyin-çiyinə
dayanaraq
haqqına savaşıb,
haqqına
sahib çıxacaq,
haqqını qazanacaq, zəfər
bayrağını,
biz
istəyən bayraqları bu şəhərin
qadın ürəyinə
sancmaqa bizə güc verəcək,
sonra
da işıqlı bir sabaha hamilə qalacaq,
ardınca
qaranlıqlar yarılacaq,
gün
doğacaq, şər qəhr olacaq,
istiqlal daimi
zəfərimiz
olacaq, torpaq, bizdən uzaq,
bizə yaxın, həm də, həm də, bir də bizi sevməyə, sahib çıxmaqa
qoymadıqları,
sahib çıxa
bilmədiyimiz vətən, bu savaşla
şərdən
qurtulacaq, qurtulacaq, əbədi
qurtulacaq .................................скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ