10-09-2020, 17:16

Elşad M. Turan



Elşad M. Turan
_______________________________

Sakit bir sentyabr səhəridir;
göy
üzü tər- təmiz, dəniz sularına
əksi
düşmüş gözləri necə də
mas
mavi,ulduzlar işıq
ili
qədər yerdən uzaqlarda,
çox
uzaqlardadır, qeybə
çəkilmiş
kimidirlər,..sanki gecənin
düşəcək
qaranlığına çoxdan hamilə
qalaraq,
bu çətin doğuşun sancısını
göyün
gömgöy gözlərində çəkmək
arzusundadırlar,
ayınsa ağ üzü bu payız
səhərinin
göy üzündə hələ də bəmbəyaz
görünür,
günəşin qürub çağının rəngini,
ay
üzündən sanki əlləri ilə silib
atmaq,
sonra da günəşin özünə
təzədən
qaytarmaq istəyir,çünki qürub
çağı,
qərib axşamların acı nişanəsidir,
görünür
bundandır;axşamların qərib
düşməsi
də,ayın nisgil yeridir,ay çöhrəsinin
solan
üzüdür,budur adamlar fikirli,
tələsik,
bir az da hövlank,yuxusuna
haram
qatmış kimi küçə
boyunca
şütüyürlər ora- bura,itmiş
taleyini
axtaranlar kimi, bu an günəşin
bakir,
hələ insan nəfəsinə toxunmamış
sabah
şəfəqləri,yaşıl,yamyaşıl gözlü
akasiya
ağacının yarpaqlarına göz qoyur
oğrun -
oğrun,yarpaqlar həzin səhər
mehindən
nazlandıqca,günəşin al şəfəqləri,
daha qısqanc,
daha isti nəfəsiylə,əsən payız
mehindən
xoşlanan akasiya ağacının kövrək
yarpaqlarına
yaxınlaşmaqa, indi necə də can
atır,
buna həm də çox tələsir, və bu
mənzərədən
nazlanan akasiya yarpaqları,
günəşin
səhər şəfəqlərinə rahat, sakit,işvəli
görkəmdə
boy verir,onu isti,al nəfəsiylə
oxşamasına
fürsət axtarır ,.. bu əsrarəngiz
payız
mənzərəsini hər seyr etdigcə
səni
xatırlayıram sevgilim,günəşin
al
şəfəqləri,bir də akasiya ağacının
yarpaqları,;
sən və mən,ikimiz, başqa heç
kim,
iki duyğunun əbədi övladları,
sevginin
özünə sevgi öyrədən
iki
aşiq, göyün masmavi gözündən
su
içən və ruhani duyğuları mələklərlə
bölüşən
elə ikicə göy adamları timsalı..........................................................скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ