Elşad M. Turan
qaranlıq dibsizliklərə üz
tutur,
hər axşam qəriblər
kimi,
yuvası gecəqondular,..
qisməti yoxsulluq,
həm
də bir çörəyin
umuduna
gözünü dikmiş,..
əlacsız, naçar,
binəsib, bu şəhərin yoxsul
insanı;
gecənin qaranlığa hamilə
qaldığı zülmətində,
yaşadığı
və yaşamağa məhkum
sərgərdan dünəninin
ağrı gətirən
acısı,..
taleyinin Tanrıdan silinməz
alın yazısı,
açılacaq qismətsiz,
ümidsiz sabahlara
qulaq kəsilər
beləcə,
sadəcə umudsiz-umudsiz,..
çünki, arxasınca
qaçacaq
yorğun ayaqlarıyla,
təzədən
bir parça çörəyin onu qovacaq,
bağrını
yaracaq, körpəsini ac
qoyacaq
umuduna,
beləcə yaşayıb ölür,
ölüb yaşayır,
bu şəhərin
qismətsiz, binəsib,acılar çəkməyə
məhkum, mağmın səfil, yoxsul
adamı,
bu
şəhər dilənçilər şəhəri,
bu
şəhərin sahibi dilənçilərdir,
nə
durmusan səfil, acıları öz əliylə
taleyinə yazan adam,
bu
şəhər özgələr
şəhəri,
bu şəhər doyuzdurmaz,
bu
şəhər yedizdirməz
yarı
ac, yarı tox
qarnını yoxsul
adam
bu
şəhər geyindirməz,
qışın
sazaqında, şaxtasında,
boranında sənin çılpaq
canını,
bu
şəhər əzər,tapdayar,
ancaq
güclə nəfəs aldığın
və qurumuş, sümükləri
sınmış
körpüləri xatırladan
sinəni,
bu
şəhər sevmir doğmalarını səfil
adam,
bir
ayrısı, başqasına açmış qadın
qollarını,
bil, satmaq, satılmaqdır
peşəsi
səni
də satmış; qürurun, mənliyin,
insanlığınla birgə
özün
satdığı kimi,
satıb,
özgələr qucaqında
illərdir
mışıl-mışıl yatdığı
kimi,
o zaman
dayanma, düş, düş
bu
şəhərin
əzilmiş
və
bakirəsi zorlanmış
qadın sinəsindən,
bu
şəhərin sərgərdan,
yoxsul, bir parça
çörəyin
umuduna qaçan mağmın
adamı !
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi