Arktika uitlərinə oxunan ölüm hökmü
Tarix: 30-10-2019, 17:54
Google+ Paylaş
Tumblr Paylaş

Arktika uitlərinə oxunan ölüm hökmü

30-10-2019, 17:54

YAXUD ABŞ İQLİM DƏYİŞMƏLƏRİ İLƏ BAĞLI BEYNƏLXALQ SAZİŞLƏRI İMZALAMQADAN HANSI SƏBƏBDƏN BOYUN QAÇIRIR?!

PƏRDƏARXASI QLOBAL SÖZ VƏ GÜC SAHİBLƏRİNİN BƏŞƏRİ CİNAYƏT HESAB OLUNAN İQLİM SİYASƏTLƏRİ BU GÜN DƏ DAVAM ETMƏKDƏDİR


Yer kürəsinin iqlimi ildən-ilə yumşalır, Arktikada isə istilənmə bütün planetdəkinə nisbətən iki-üç dəfə tez baş verir: son yüz ildə orada temperatur 4-5°C artmışdır. Bütöv dəniz buzlarının hüdudları daha uzaq şimala doğru yerini dəyişir. Xüsusilə Arktikanın materik hissəsində - Alyaskada, Kanadanın şimal-qərbində və Şimal Buzlu okeanın Asiya sahillərində istiləşmə daha çox nəzərə çarpır. Nəticədə Arktikanın nadir heyvan və bitki aləmi və onıııı yerli sakinlərinin həyat tərzi yoxa çıxma həddinə düşmüşdür.
Qütb enliklərində iqlim tədqiqatlarının tarixi 1553-cü ildə ser Xyu Villoubinin dəniz səfərindən başlayır. O, İngiltərədən Hindistana və Çinə şimal-şərq dəniz yolunu axtarıb tapmağa cəhd edirdi. Lakin onun gəmiləri indiki Murmank şəhəri yaxınhlığında buzlarla sıxılıb qalmış, ser Xyu özü və bir çox dənizçilər isə qışlama zamanı soyuqdan məhv olmuşdu. Vil-loubi ekspedisiyasının Lofoten adaları yaxınlığında əsas donanmadan ayrı düşmüş yalnız bircə gəmisi Riçard Çensler başda olmaqla şərqə hərəkət etməyə, Şimali Dvinanın Ağ dənizdəki mənsəbinə çatmağa müvəffəq olmuşdu. İndi Çenslerin ilk düşdüyü yerdə Rusiyanın sualtı donanmasının əsas beşiyi, Severodvinsk şəhəri yerləşmişdir. Sonra Çensler Xolmoqorlardan keçərək Moskvaya yollanmış və İvan Qroznının qəbuluna düşmüşdür. Onların bu görüşü nəticəsində Rusiya və İngiltərə arasında birbaşa ticarət dövrü başladı. Sonralar, XVİ əsrin sonunda qütb enliklərində dahi dənizçi Vilyam Barens öz kəşflərini həyata keçirdi. Onun ardınca isə avropalı qütb tədqiqatçıları və kit ovçuları bu işi davam etdirdilər.
Bütün gəmi jurnallarında naviqasiya məlumatları və göyərtədəki parlaq, tez-tez də faciəvi hadisələrin şərhi ilə yanaşı, buz şəraitinin təsvirinə də şərəfli yer verilirdi. Norveç alimləri də keçən əsrlərin dənizçilərinin məhz bu iqlim tədqiqatlarından yararlanmışlar. Arxiv foliantlarını (qalın kitab) və müasir peyk məlumatlarını öyrənərək onlar, 1553-cü il-dən 2002-ci ilədək Arktikada dəniz buzlarının yayılması haqda məlumat verən 6000-dən artıq xəritə tərtib etmişlər. Bu xəritələrin əsash təhlili təqribən 1300-1900-cü illər arasında «kiçik buz dövrü» haqqındakı təsəvvürün mövcudluğunu təsdiq edir. Həm də iqlimçilərdə bu fıkir əvvəllər də var imiş. Ən müxtəlif elmi məlumatlara əsasən, o dövrdə Arktikanın iqlimi indikindən qat-qat sərt idi. XVI-XIX əsrlər arası buzların sərhəddi dəyişsə də, bununla belə, ser Xyu dövrü dənizçilərinin xəritələrində «protokollaşdırılmış» sərhəddə yaxın qalırdı.
Vəziyyətin kəskin dəyişməsi XX əsrdə baş verdi. Peykdən çəkilən şəkillər bütün təkzibedilməzliyi ilə göstərdi ki, Arktika buzlarının örtüyü 1970-ci ildən 2002-ci ilədək təqribən 25% azalmışdır. XİX əsr dənizçilərinin buz xəritələrində göstərilmişdir ki, 1890-cı ildə Arktika buzları bütün Barens dənizini başdan-başa örtmüş və Frama boğazını keçərək İslandiyanın sahillərinə kimi uzanmışdır. Həmin yerin 2003-cü ildə çəkilmiş peyk şəkillərindən görünür ki, açıq sular Şpisbergen arxipelaqına, Barens dənizindən isə ta Yeni Torpağın sahillərinə kimi çatır. Bu o deməkdir ki, 1890-cı ildən keçən 114 il ərzində Arktikanın bu hissəsindəki buz örtüyü demək olar ki, 3 dəfə azalmışdır.
Son üç onillik ərzində bütün Arktikanın buzları, yay buz örtüyünün ümumi səthinin 1%-dən azını itirərək şaqren dərisi kimi sıxılmışdır (xüsusilə yayda - iyuldan sentyabra qədər). Hər il buzun az qala 100 min kvadrat kilometrlik səthi - bütün İslandiyanın sahəsi qədər yox olmuşdur. Təkcə buz örtüyünün səthi deyil, həmçinin buz özü də naziklənir. Son 30 ildə dəniz buzlarının qalınlığı 1,3 m, yəni təxminən yarısı qədər azalmışdır. Buz nə qədər nazik olsa, buz mövsümü də o qədər qısa olar. İndi buzlar yazda erkən əriməyə başlayır, payızda isə suyun səthini həmişəkindən daha gec örtür.
Aydındır ki, arktik iqlimin belə kəskin dəyişkənliyi qütb sakinlərinin taleyində özünü göstərir. Arktika buzları bir çox dəniz məməliləri üçün yaşayış məkanıdır. Halqalı neprlər, məsələn, öz yataqlarını möhkəm buz üstündə qururlar və küçüklərini orada yedizdirirlər. Ağ ayılar öz mağaralarını buzlarda, yaxud sərt torpaqda qururlar. Ana ayı və ayı balaları üçün yazda kritik dövr başlayır. Dişi ayı yeni doğulmuş balaları ilə 5-7 ay aclıqdan sonra ayılanda əldə edəcəyi (nepr kimi iri) qənimətin kifayət miqdarda olması onun üçün həyat və ölüm məsələsidir. Amma əgər yaz buzları tez əriyib sınırsa, ov yerlərinə uzaq keçidlər mümkün olmur. Yemin az miqdarda olması ona gətirib çıxarır ki, son illər, Kanada tədqiqatçılarının məlumatlarına görə, ağ ayıların, xüsusilə də hamilə dişilərin və balaların sağlamlığı nəzərə çarpacaq dərəcədə pisləşib. Doğum sayı aşağı düşüb, 1 yaşına qədər balaların sayı və onların orta çəkisi təqribən 15% azalıb.
Dəniz məməlilərinin digər iri növü - morjlar üçün buzların sərhəddinin dəyişməsi başqa bir səbəbdən təhlükəlidir. Məsələ burasındadır ki, morjların əsas yemi - dənizdibi molyuskalarıdır və buzlar sahildən uzaqlaşdıqca morjlar yem dalınca daha da dərinə baş vurmalı olurlar.
Qütb heyvanlarının sayı nə qədər az olsa, eskimos ovçularının yaşayışı bir o qədər çətin olar. Qlobal istilənmənin ilk qurbanlarına kömək haqda çağırış İtaliyadan, Milandan gəldi. Burada bir müddət əvvəl iqlimin dəyişməsi üzrə BMT-nin Çərçivə konvensiyasının 180 ölkənin nümayəndələrini cəmləmiş IX Ümumdünya konfransı keçirilmişdir. İclaslardan birində inuitlərin Qütb konfransının sədri Şeyla Vatt-Klotyc çıxış etdi. İnuitlər,eskimosların indi qəbul olunmuş adlarıdır - Qrenlandiyada, Kanadanın qütb hissələrində, Alyaskada, eləcə də Çukotkada (burada azsaylı inuitlərin çukçalarla qismən assimilyasiyası baş vermişdir) yaşayan xalqdır. Vatt-Klotye bildirmişdir ki, qlobal istilənmə artıq indi Arktikanın yerli əhalisinin (onlarsa 150 min nəfərdən çoxdur), xüsusilə də ənənəvi olaraq həyat tərzi iri dəniz heyvanı (ağ ayı, morj, nerp və Buzlu okeanda yaşayan başqa heyvanların) ovu ilə bağlı olan əhalinin həyatda qalmasını təhlükə altına qoyur. Arktika aborigenləri deyirlər: «Şəhər sakini olan sizlər üçün bu baş verənlər yalnız televiziya ekranında olan şəkillərdir, siz onlara baxıb sonra rahatca supermarketə yollana bilərsiniz. Bizim üçün isə bu, gündəlik həyatdır və onu davam etdirmək üçün biz hər gün buza çıxmalı və ovla qayıtmalıyıq».
İqlimin qlobal dəyişkənliyinin fiziki səbəbləri çoxdan öyrənilir. Bu gün onun başlıca hərəkətverici qüvvəsi olaraq parnik effekti hesab edilir ki, bunu da parnik qazları əmələ gətirir. Hər halda, iqlimin dəyişməsi üzrə BMT-nin Çərçivə konvensiyasının işçi qrupunun alimləri bu fikrin tərəfdarlarıdırlar. Lakin başqa bir nəzər nöqtəsi də mövcuddur: bəzi tədqiqatçılar hesab edirlər ki, indiki istilənmə iqlim dövrlərinin təbii dəyişməsinin mərhələlərindən yalnız biridir.
Parnik qazları - su buğu, karbon qazı, metan, ftor və xlor tərkibli karbohidrogenlər, oksidləşmiş azot - günəş işığı üçün parnikin süsə qapağı kimi şəffafdır, lakin, günəşlə qızdırılmış yer səthinin istilik infraqırmızı şüalanmasını ləngidir. Qazlardan yaranan parnikörtük bizim planeti yaşayış üçün yararlı edir. Əgər atmosferdə parnik qazları olmasaydı, yer səthinin orta temperaturu müsbət 14°C-dən mənfı 19°C-yə qədər, yəni 33°C aşağı düşərdi və bizim Yer kürəsi buz kürəsinə çevrilərdi. Yeri gəlmişkən, atmosferi 97% karbon qazından ibarət olan Veneradakı cəhənnəm istisi bilavasitə temperaturun 523°C artmasını təmin edən parnik effekti ilə əlaqədardır. Soyuq planet olan Marsda parnik effekti orta temperaturu yalnız 10°C artırır.
Havadakı parnik qazlarının miqdarı Avropada sənaye inqilabının başlanmasından sonra (1750-ci ilə yaxın) nəzərə çarpacaq dərəcədə artmağa başladı. Atmosferdə karbon qazının konsentrasiyasının ölçülməsi 1850-ci ildən aparılır. Bu illər ərzində o, 0,028%-dən 0,037%-dək, yəni 1,3 dəfə artmışdır.
1990-cı illərin əvvəlindən parnik qazlarmının havaya atılmasının azaldılması probleminin həlli dünya birliyinin əsas məsələlərindən biri olmuşdur. Onun həllində 1997-ci ildə imzalanmış Kioto protokolu ilk addım hesab edilir. Onun əsas məqsədi inkişaf etmiş Ölkələr tərəfindən 2008-2012-ci illərə qədər atmosferə karbon qazının ümumi atılmalarının 1990-cı ildəkinə nisbətən 5,2% azaldılması elan edilmişdir. Inkişaf etməkdə olan ölkələrə isə Protokol, mümkün qədər enerjiyə qənaət edən texnologiyalardan istifadə edilməsinə keçmə təklifindən başqa heç bir öhdəçilik qoymur. Danışıqlara görə Protokol, atmosferə birlikdə 55%-dən çox karbon qazı atan bütün olkələr tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Hazırda onu təxminən 44% karbon anhidridi istehsal edən 120 ölkə artıq təsdiq etmişdir (Avropa İttifaqı, Yaponiya, Çin və Hindistan daxil olmaqla). Üç il əvvəl, karbon qazının atılmasının 36%-nə cavabdeh olan Birləşmiş Ştatlar Protokoldan çıxdılar. Rusiyanın payına dünya üzrə karbon qazı atmalarının 17%-i düşdüyünə görə Kioto protokolunun taleyi üçün onun rəyi həlledici oldu. Bir neçə il çəkən tərəddüdlərdən sonra Rusiya onun təsdiqi barədə öz fikrini bildirdi. 16 fevral 2005-ci ildən Kioto protokolu Rusiyada işə başlamışdır.
Lakin, ən iri atmosfer çirkləndiricisi olan ABŞ, əvvəlki kimi Protokolu təsdiq etmək istəmir. Məhz buna görə inuitlərin Qütb konfransının nümayəndələri Milanda bildirdilər ki, onlar insan haqları üzrə Amerikaarası komissiyaya ABŞ barədə «elan olunsun ki, parnik qazlarının atılmasına gətirən insan fəaliyyəti həqiqətən də bütün dünyadakı inuitlərin haqlarını pozur» deyə şikayətlə müraciət edəcəklər. Vatt-Kletye bildirdi ki, parnik qazlarının atılmalarının azaldılması barədə uzunmüddətli öhdəliklər qəbul edilməzsə, inuitlərin ənənəvi həyat tərzi və mədəniyyəti Yer üzündən silinəcəkdir.
Həqiqətən də, təhlükə olduqca realdır, yalnız elmi təhlil müəyyən edə bilər ki, bu təhlükənin öhdəsindən gəlmək olar, yoxsa yox. Vladimir İvanoviç Vernadski sivilizasiyanın inkişafı və qorunmasını təmin etmək üçün idrak sferasına - noosferaya keçidin qaçılmazlığı , həmçinin, zəruriliyi haqda hədər yerə damşmırdı. Aydındır ki, Arktikanın iqlim vəziyyətini tənzimləmək üçün iqlimin istilənməsinin ümumi mexanizmini araşdırmaq, sonra isə əldə olan təsir vasitələrini və iqlimin tənzimlənməsi işlərinə sərf olunan iqtisadi xərcləri qiymətləndirmək lazımdır. Yalnız o zaman «İnuitlərin ənənəvi mədəniyyəti qorunub saxlanılacaqmı?» sualına cavab vermək olar.
BMT-nin Çərçivə konvensiyasının iqlimin dəyişkənliyi üzrə beynəlxalq ekspertlər qrupu 2000-ci ildə sivilizasiyanın 2100-cü ilə qədər inkişafının 40-a yaxın müfəssəl ssenarisini, əsas etibarilə mədən yanacaqlarının sərf edilməsi və atmosferdə karbon qazının, başqa parnik qazlarının ona müvafiq artımı, eləcə də orta qlobal temperaturun artımı, dəniz səviyyəsinin qalxması baxımından nəzərdən keçirmişdir. Mədən yanacaqlarının intensiv istifadəsi ilə əlaqədar ssenarilərlə yanaşı, həm də yeni alternativ (günəş, termonüvə, külək və b.) enerji mənbələrinə keçidin mümkünlüyünü nəzərə alan ssenarilər də nəzərdən keçirilirdi. Ssenarilərdən biri - «həmişəki kimi işləyirik» (BAU - busincss as usual) - sivilizasiyanın inkişafının əsas iqtisadi və demoqrafik qanunauyğunluqlarını dəyişməz saxlayırdı. Təəccüblüdür, amma, BAU ssenarisinə görə proqnozlaşdırılan 2100-cü ilədək dəyişikliklər o qədər də nəzərə çarpan olmadı: orta illik temperaturun 2°C-dən 4,5°C-yə qədər artımı, dəniz səviyyəsinin 0,3-dən 0,5-ə qədər qalxması proqnoz edilirdi. Lakin bu, ilk baxışdan, kəskin olmayan dəyişikliklər də saysız-hesabsız ekoloji, iqtisadi, sosial və siyasi nəticələrə gətirib çıxara bilər.
Arktikada iqlimin dəyişməsi proqnozu hələ keçən əsrin 90-cı illərində Rusiya Elmlər Akademiyasının Hesablama Mərkəzində edilmişdi. Hesablamalar göstərirdi ki, Arktikada iqlim dəyişkənliyi xüsusilə özünü qabarıq fon alaraq, ifadə etmek məcburiyyətində qalacaq, qütb rayonlarının ekoloji sistemləri isə daha zəif olacaqlar. Rusiya riyaziyyatçılarının modellərinə görə, Arktikanın materik hissəsində, Asiyada və Alyaskada iqlim xüsusilə güclü isinəcək. Burada qar-buz örtüyü və əbədi buzlaşma zonası azalacaq, yağıntıların miqdarı isə xeyli artacaq; bu da okean səthindən daha güclü buxarlanma ilə izah olunur.
Rusiya alimlərinin əsas nəticələri öz təsdiqini Arktika iqliminə təsirin qiymətləndirilməsi üzrə beynəlxalq qrupun xülasəsində də tapdı. Bu nəticələr İslandiyanın paytaxtı, Reyk-kyavik şəhərində, 2004-cü il noyabr ayının 9-14-də keçirilmiş beynəlxalq elmi simpoziumda elmi ictimaiyyətin ixtiyarına verildi. Nəticələr göstərdi ki, Arktikada orta illik temperatur əvvəllər düşünüldüyündən daha tez artır. Arktika iqlimi qlobal iqlimdən təqribən iki-üç dəfə tez istiləşir.
Həqiqətən, Arktikanın bəzi rayonlarında orta illik temperaturun artım sürəti il ərzində 0,2°C-yə çata bilər. Lakin, əslində, istiləşmə qeyri-bərabər olacaq. Bu tendensiv prosses, arktik Avrasiyanı, ABŞ və Kanadanın cənub hissələrini tutacaq. Lakin, inanılmaz dərəcədə şimal-şərqi Kanadada və Qrenlandiyada bir müddət ildə 0,2°C-yə qədər temperatur düşməsi ilə gedən soyuqlaşma müşahidə olunacaq. Atlantikanın şimalına tropiklərin nəfəsini gətirən axının, Qolfstrımtin istilik potensialının aşağı düşməsi, bundan daha da qəribə görünür. Deməli, Şimali Avropada iqlim dəyişiklikləri istilənməyə əks olan istiqamətdə gedə bilər. Bununla belə, bu proqnozların əsaslanması bundan sonra daha ciddi iş tələb edir. Müasir proqnozlara görə, 2100-cü ilədək Arktikada əsrin əvvəli ilə müqayisədə isinmə 4-7°C artacaq, Arktika hövzəsinin buz örtüyü yay vaxtı iki dəfə azalacaq,üstəlik, Qrenlandiya buz qalxanının nəzərə çarpacaq dərəcədə əriməsi başlayacaq. Nəticədə 2100-cü il üçün Dünya okeanının səviyyəsinin, demək olar ki, l metr qalxacağı gözlənilir.
İndi, ötəri də olsa, Arktikada istilənmənin gözlənilən nəticələrinə nəzər salmaq,onların ilkin dəyərləndirilməsinə başlamağa cəhd etməyin səmərəsi var. Məsələn, Rusiya üçün birinci yerə daimi buzlaşmanın çəkilməsi ilə bağlı nəticələr çıxacaqlar. Yüksək enliklərdə daimi buzlaşma, üzərində evlərin və tikililərin aparıcı hissəsi ucaldılmış özünəməxsus bir inşaat materialıdır. Ondan, faktiki olaraq, sənaye tullantıları saxlanılan yeraltı anbarların divarları «qurulmuşdur». Daimi buzlaşma zonası Rusiya ərazisinin nəhəng bir hissəsini tutur. Buzlaşmanın çəkilməsi evlərin və sənaye qurğularının dağılması ilə müşayiət olunacaq. Binaların möhkəmliyinin nəzərə çarpan dəyişiklikləri Saxa-Yakutiya Respublikasının paytaxtı Yakutsk şəhərində artıq baş vermişdir və əgər təcili qoruma Ölçü götürülməzsə, 2030-cu ilə qədər dağılmaların miqyası faciəvi ola bilər. Buna görə mütəxəssislər öz rəylərini gözlənilən dəyişikliklərin zamanı, həmçinin, miqyası haqda daimi buzlaşma zonasında olan bütün şəhər və qəsəbələr üçün verməli, təcili surətdə zəruri işlərə başlamalıdırlar. Bir çox texniki qurğular, neft buruqları, minlərlə kilometrlik neft və qaz boruları da, həmçinin, təhlükə altına düşəcəklər. Murmansk dəniz terminalına gedən neft borusu kimi yeni irimiqyaslı tikililəri isə, əlbəttə ki, dəyişən iqlim şəraiti nəzərə alınmaqla layihələndirmək lazım olacaq. Yeraltı anbarların divarlarının dağılması daha da artıq xoşagəlməzliklərlə hədələyir. On illərlə şimal ərazilərində faydalı qazıntılar, neft, qaz, metallar çıxarılırdı. Xam neftin külli miqdarı qəza və neft borularından axmalar zamanı «itirilirdi», lakin torpaqda paylanmadan daimi buzlanmanın əlində qalırdı. Ərimə zamanı yeni biosenozlar neftlə zəhərlənə bilər. Zərərli təsirin vaxtı uzadılmış xarakterini nəzərdə tutaraq belə vəziyyətləri adətən «müvəqqəti kimyəvi bomba» adlandırırlar. Müvəqqəti bombalar «metal» təbiətli də ola bilərlər: daimi buzlaqda yığılmış dağ-mədən sənayesinin tullantılarında bütün canlılar üçün zərərli olan ağır metalların nəhəng miqdarı saxlanılır. Şimalda artıq mülayim havada yuyulmuş kənd təsərrüfatı gübrələri və zəhərli kimyəvi maddələrin səth sularına «yağması» problemi ilə üzləşmişlər.
Arktikanın canlı aləmi iqlimin isinməsinə öz münasibətini çox həssaslıqla bildirir. Bitkilərin cənub növlərinin şimala keçməsi artıq indi hiss olunur. Gələcəkdə «təzəgələnlər» Arktikanın «köhnə sakinlərini» tamamilə sıxışdırıb çıxara bilərlər. Meşələrin sərhəddi şimala doğru hərəkət edir və Şimal buzlu okeanının sahillərinə yaxınlaşır. Meşələr tundranı əvəz edəcəklər, hal-hazırda qütb səhraları ilə tutulmuş ərazilərə tundra bitkiləri gələcəklər.
Həyatı qütb buzları ilə sıx bağlı olan iri dəniz məməliləri haqda yuxarıda danışılmışdı. Lakin, quruda da landşaft dəyişiklikləri faciəvi nəticələrə səbəb ola bilər. Məsələn, çöl qazlarında cütləşmə dövrü və sonra körpə balaların yedizdirilməsi Arktikada keeir. Müxtəlif rəylərə görə, hətta, yüngül istilənmə belə, yuvalanma üçün gərəkli olan ərazilərin 20-70%-nin itməsinə gətirəcək. Güclü istilənmə olsa isə, bu itkilər 90% və daha artıq ola bilər. O zaman qaz növlərinin bir çoxunun populyasiyasının mühafizəsi haqda yaddan çıxarmalı olacağıq. Köçəri quşlar üçün istilənmə ilə əlaqədar yaranan təhlükələrin siyahısını davanı etdirmək olar. Bütün bunlar inuit ovçularının təlaşlarına bütün ciddiliyi ilə yanaşmağa məcbur edir: Arktikada istilənmə, həqiqətən qlobal problemdir. Yaxınlaşan təhlükəni uzaqlaşdırmaq üçün nə etmək olar?
Qlobal istilənmə ilə mübarizənin indiyə kimi təklif olunmuş yeganə mexanizmi – Kioto protokoludur. Onun müddəalarının yerinə yetirilməsi təhlükənin yox olmasına, yaxud da, onun gecikləndirilməsinə gətirəcəkmi? Təsəvvür edək ki, karbon qazının atmalarının azaldılması protokol qrafikləri ilə tam müvafiq şəkildə gedəcək. Dünya iqtisadiyyatı isə inkişaf etməkdədir, bu diqqətçəkən tendensiv amil, yeni enerji sərfi, o cümlədən də mədən yanacağı halında olan enerji tələb etməsi deməkdir. Enerji sərfinin artımı istehsalın enerji tutumunun azalması ilə əlaqədar olaraq, yəqin ki, ümumilikdə iqtisadiyyatın artımından geri qalacaq. İstehsal olunan enerjinin 1 vahidinə karbon qazının atılması da həmçinin azalacaq.
Bununla belə, rəylər göstərir ki, Qərbi Avropa ölkələri 2018-cu ilə qədər Kioto protokolunun yerinə yetirilməsi üçün karbon qazının atılmalarını gözlənilənlə müqayisədə 28% azaltmalıdırlar. Lyuis Kerrollun rəvayətindəki Alisanı xatırlayırsınızmı? O, yerində qalmaq üçün daha tez qaçmalı idi. Beləcə də inkişaf etmiş ölkələr sənaye tullantılarının səviyyəsini dəyişməz saxlamaq üçün daha artıq vəsait qoymalı olacaqlar. İqtisadiyyatçılar hesablamışlar
ki, Kioto protokolu üzrə tədbirlərin həyata keçirilməsi üçün lazım olan xərclər, 2005-ci ildə ssenaridən asılı olaraq, 100-400 milyard dollar təşkil edəcəkdir.
Məsələn, Rusiya üçün Protokolun şərtlərinə əməl etmək nisbətən asan olacaq. Əvvəla, Rusiyada 1990-cı illərin iqtisadi tənəzzülünə görə 2010-cu ildə karbon qazının atılmaları 1990-cı ilin səviyyəsindən təxminən 30% aşağı olduğundan yaxın zamanlarda atılmaların azaldılmasına sərf olunacaq xərclərdən ümumiyyətlə yaxa qurtarmaq olar. Bundan əlavə, karbon qazı atılmalarına görə Rusiyanın ixtiyarında olan kvotanın başqa Ölkələrə milyard dollarlara satışına da bel bağlamaq olar. Lakin qaçılmaz və arzuedilən iqtisadi artım Rusiyanı tez və ya gec «yerində qalmaq üçün tez qaçmağa» vadar edəcəkdir.
Elə bütün dünya da həmin vəziyyətdə olacaqdır. Belə ki, karbon qazının atılmalarının 1990-cı il səviyyəsindən 5,2% aşağıda saxlanması 2050-ci ildə gözlənilənlə müqayisədə 50% aşağı düşməsini tələb edəcək, bu da dünya iqtisadiyyatına ildə trilyon dollara başa gələcək və ildə təqribən ÜDM-in 2%-ni, 2100-cü ildə isə 4%o-ni təşkil edəcəkdir.
Kioto protokolunun şərtlərini yerinə yetirəndən sonra «həmişəki kimi işləyirik» ssenarisi ilə müqayisədə biz hansı gecikməni əldə edə biləcəyik? Cavab ziddiyyətlidir: temperatur artımının dünya miqyasında gözlənilən 2-5°C, Arktikada isə gözlənilən 4-7°C ilə müqayisədə 2100-cü ildə 0,15°C azalması, yəni, istilənmə cəmi 6 il gecikdiriləcək. Bundan əlavə, Kioto protokolunun tədbirlərinin yerinə yetirilməsinə sərf olunan xərclərə 6 il gec də olsa baş verəcək istilənmənin həmin nəticələrinin aradan qaldırılınasına sərf olunan xərclər də əlavə olunacaq. Onda Kioto protokolu nəyə lazımdır, yaxud heç lazımdırmı?
Kioto protokolu iqlimin tənzimlənməsi üzrə Yer kürəsi dövlətlərinin ilk birgə cəhdi kimi mütləq lazımdır. Protokolun məcburi xarakteri enerjinin alternativ mənbələrinin (günəş, istilik,nüvə və digər növlərinin) inkişafına bütün ciddiliyi ilə yanaşmağı vadar edir. Kioto protokolu enerjiyə qənaət edən texnologiyalara keçməyə məcbur edir və inkişaf etmiş ölkələrdən bu texnologiyaları inkişafda olan ölkələrə vermələrini tələb edir. Lakin tamamilə aydındır ki, gələcəkdə Protokolun müddəalarına müntəzəm baxılması vacib olacaq, burada qoyulan vəzifələr sivilizasiyanın ümumi potensialının imkan verəcəyi qədər təhlükəli ola bilər.
Beləliklə, yeni kəskin yanaşmalar yaranmasa, insan həyatı müddəti ilə ölçülən vaxt ərzində qlobal istilənmənin qarşısını almaq çətin ki, bizə nəsib olacaq. Alyaskanın inuitləri və Çukotkanın sakinləri üçün bu, onların ənənəvi həyat tərzinə oxunan hökm kimi səslənə bilər, lakin Qrenlandiyanın və Kanadanın şərqinin inuitləri hələ uzun müddət özünəməxsus həyat xüsusiyyətlərini saxlaya biləcəklər.
Ümumiyyətlə, müasir insan daha irimiqyaslı qlobal istilənməni artıq bir dəfə yaşamışdır. Bizim tariximizin son buzarası dövrü cəmi 10000 il əvvəl başlamışdır. O zaman buzun əriməsi dəniz səviyyəsinin 120 metr (2100-cü il üçün gözlənilən 0,5 metr ilə müqayisə edin) qalxmasına səbəb olmuş, bununla belə, bizim sivilizasiya məhz bu dövrdə çiçəklənmişdi. Əlbəttə, Arktikanın nadir təbii aləmini biz heç bir vəchlə itirmək istəməzdik. Bundan narahat olanlar, Arktika təbiətini və orda yaşayan xalqların mədəniyyətini sevənlər üçün, bu sözlər ola bilsin ki, təsəlli kimi səslənər: 23 min ildən sonra yeni buz dövrü başlanacaq.

TAYFUN ALP скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ