Avrasiya İnkişaf Bankı (AİB) “Avrasiyada iqtisadi əməkdaşlıq: praktik həllər” adlı hesabat dərc edib. Tədqiqatın məqsədi praqmatik şəkildə təqdim olunan və Avrasiya ölkələri arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş tətbiq
Tarix: 1-03-2024, 09:33
Google+ Paylaş
Tumblr Paylaş

Avrasiya İnkişaf Bankı (AİB) “Avrasiyada iqtisadi əməkdaşlıq: praktik həllər” adlı hesabat dərc edib. Tədqiqatın məqsədi praqmatik şəkildə təqdim olunan və Avrasiya ölkələri arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş tətbiq

1-03-2024, 09:33

.

Hesabatda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində logistik prioritetin nəqliyyat infrastrukturunun (dəmir yolları və avtomobil yolları, dəniz limanlarında terminallar, sərhəd stansiyaları və avtomobil keçid məntəqələri), logistika infrastrukturunun (quru limanlar) inkişafı olduğu bildirilir. Bank qeyd edir ki, nəqliyyat və logistika mərkəzləri, ərzaq anbarları, o cümlədən soyuq anbarlar), yumşaq infrastrukturun təkmilləşdirilməsi (daşıma və sərhədkeçmə prosedurlarının uyğunlaşdırılması, sənədlərin və prosedurların rəqəmsallaşdırılması və s.) bu baxımdan böyük əhəmiyyətə malikdir.

Hesabatda deyilir: “İndiki şəraitdə inkişaf etməkdə olan iqtisadiyyatlarla azad ticarətə dair ticarət-iqtisadi sazişlərin işlənib hazırlanması və bağlanması Avrasiya məkanında ticarət və investisiya əlaqələrinin inkişafı üçün əsas vasitədir. İcra mexanizmlərinə isə geniş sənaye əməkdaşlığı da daxil olmaqla, “FTA+” formatında sazişlərin hazırlanması, müqavilələrə xidmət sektoru və investisiya məsələlərinin daxil edilməsi əlavə oluna bilər”.

AİB Avrasiya məkanında maliyyə sabitliyinin təmin edilməsi ilə bağlı qeyd edib ki, Milli (mərkəzi) bankların rəqəmsal valyutalarının texniki uyğunluğu istiqamətində hərəkəti beynəlxalq ödəniş infrastrukturundan asılılığın azaldılmasına, habelə yeni ticarət və maliyyə infrastrukturunun formalaşmasına kömək edəcək. Milli rəqəmsal valyutaların texniki uyğunluğu və rəqəmsal valyutalarda transsərhəd ödəniş modellərinin dizaynının hazırlanmasına yanaşmaların yaxınlaşması beynəlxalq CBDC platformalarında (məsələn, “mBridge” və s.) iştirak yolu ilə təmin edilə bilər.

Hesabatda Avrasiya üçün çoxtərəfli “yaşıl” maliyyə fondu ideyasının 29 ölkədə 190-dan çox tərəfdaş maliyyə institutuna 6,3 milyard avrodan çox məbləğdə mini-kreditlər verən Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi Mexanizmi (GEFF) ilə paralel həyata keçirilə biləcəyi vurğulanıb.

Avrasiya məkanında təhsilin inkişafı ilə bağlı bölmədə qeyd olunub ki, qısamüddətli təhsil üçün qrantlar sisteminin tətbiqi, əsas sənaye sahələrində yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasına diqqətin artırılması, universitetlərin konsorsiumu, çevik təhsil mübadilə proqramlarının qarşılıqlı kompensasiyası sistemi və proqramın çoxkomponentli maliyyələşdirilməsi bu sahədə ən aktual vəzifələrdir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ