Otuzdan biri, bölgədə tək, yüz milyonlarla gəlir – AKTUAL ŞƏRH
Tarix: 30-10-2019, 19:01
Google+ Paylaş
Tumblr Paylaş

Otuzdan biri, bölgədə tək, yüz milyonlarla gəlir – AKTUAL ŞƏRH

30-10-2019, 19:01

Otuzdan biri, bölgədə tək, yüz milyonlarla gəlir – AKTUAL ŞƏRH
Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması, əslində böyük siyasi uğurdur. Prezident İlham Əliyev də haqlı olaraq vurğulayıb ki, bu qələbə bir daha ona görə önəmlidir ki, bizim çox güclü rəqiblərimiz var idi.
“Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri. Yəni, həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə əldə etməyimiz əlbəttə ki, bizim nüfuzumuzdan xəbər verir. Beynəlxalq astronavtika aləmi bu dörd şəhərdən məhz Bakını seçib. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var. Təkcə bu ayın ərzində həm Türk Şurasına, eyni zamanda, dünyanın BMT-dən sonra ən böyük təşkilatına – Qoşulmama Hərəkatına sədrliyimiz bunun əyani sübutudur. Azərbaycanla birlikdə 120 ölkə yekdil qərarla Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçibdir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi növbəti böyük qələbəmizdir. Mən bu hadisəni çox önəmli siyasi qələbə kimi qəbul edirəm”.
Heç kimə sirr deyil ki, Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bu cür əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Hazırda 30-dan çox ölkə kosmik peyklərə malikdir. Onlardan biri də Azərbaycandır.

2008-ci ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması”, 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafında dövlətin kifayət qədər maraqlı olduğunu nümayiş etdirdi. Bunun ardınca prezident 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzaladı və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. Azərbaycanda və Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” mövcud olduğu iki il ərzində ölkədə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində iş apardı.

2013-cü il fevralın 8-də Azərbaycan kosmosa Azerspace-1/Afrikasat-1a adlı ilk süni peykini buraxıb. Peykin ərsəyə gəlməsi üçün 230 milyon Azərbaycan manatı xərclənib. 15 il ərzində fəaliyyət göstərəcək bu peyk bütün ömrü boyu ölkəmizə 300 milyondan çox gəlir gətirəcək.

Azərbaycan növbəti dəfə orbitə 2014-cü il iyunun 30-da “Azersky” adlı peykini buraxıb. 157 milyon avro dəyəri olan peyk əsasən Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət edir. Və peyk eyni zamanda 200 mln. avrodan artıq gəlir gətirəcəyi gözlənilir. Azərbaycanın üçüncü peyki olan “Azerspace-2” 2018-ci il sentyabrın 28-də kosmosa buraxılıb. Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxlan peyk sentyabrın 26-na keçən gecə saat 2:38 radələrində orbitə qalxıb. Peykin dəyəri 190 milyon ABŞ dolları olsa da, gəliri 400 milyona çatacaq.

Ekspertlərin fikriincə, məhdud sayda olan kosmik ölkələr ailəsinə daxil olsaq da, burada ölkəmizin imici çox əhəmiyyətli faktordur. Peyk ölkədə, xüsusilə də İKT sektorunda innovasiyaların inkişafına, texniki tərəqqiyə təkan verir. Telekommunikasiya və İnternet infrastrukturun dayanıqlı və təhlükəsizliyi baxımından peyk faydalıdır. Bu həm də yeni iş yerləri, yeni mütəxəssislərin hazırlanması və bütövlükdə gələcək üçün yeni infrastrukturun formalaşması baxımından da xeyli faydalıdır.

Texnologiya məsələləri üzrə ekspert Osman Gündüz hesab edir ki, son illər Azərbaycan İKT-nin müxtəlif sahələrində uğurlu inkişafı və yürütdüyü siyasəti ilə dünyada və regionda əhəmiyyətli iştirakçıya çevrilərək ayrı-ayrı ölkələrin və beynəlxalq səviyyəli şirkətlərin diqqətini özünə cəlb edə bilib.

"Telekommunikasiya peykinin istehsalı, orbitə çıxarılmasından sonra xarici investorların da bu cür layihələrin maliyyələşdirilməsinə cəlb edilməsi, beynəlxalq kreditlərin ölkəyə axını üçün geniş şərait yarandı. Kosmik sənayenin yaradılması həm də neft-qaz sektorundan sonra İKT sahəsində də biznes mühitinin formalaşması baxımından Azərbaycanın müsbət imic qazanmasının nəticəsi kimi qiymətləndirilməlidir. Çünki peyk sistemlərinin yaradılması, telekommunikasiya peykinin istismara verilməsi Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir göstərir. İndi bütün dünya bilir ki, hazırda Azərbaycan MDB regionunda telekommunikasiya peykinə sahib olan 3 ölkədən biri, Qafqaz regionunda isə yeganə ölkədir. Azərbaycanın bu üstünlüklər heç də sadə və asan şəkildə qazanılmayıb”.

Elə dövlət başçısı da vurğulayıb ki, bu peyklər Azərbaycan informasiya təhlükəsizliyi, telekanallarımızın öz verilişlərini dünyaya təqdim etməsi, telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığın aradan qaldırılması baxımından önəmli rol oynayır. “Kosmik sənayemizdə milli kadrlar yetişir. Hazırda peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir. Eyni zamanda, bu gün peyklərin fəaliyyəti nəticəsində Azərbaycan valyuta qazanır. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorunu inkişaf etdirir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ