Böyük siyasətdə " İran məsələsi" yaxud Qarabağ,- Rusiya  imperiyasının Qafqazdakı tarixi cənub qala qapısı kim: Azərbaycanın milli maraqları konteksində
Tarix: 8-10-2021, 11:41
Google+ Paylaş
Tumblr Paylaş

Böyük siyasətdə " İran məsələsi" yaxud Qarabağ,- Rusiya imperiyasının Qafqazdakı tarixi cənub qala qapısı kim: Azərbaycanın milli maraqları konteksində

8-10-2021, 11:41

Elşad M.Turan
-------------------------



Böyük siyasətdə "İran məsələsi" çox həssas, incə, təhlükəlilik əmsalı seçilən, parametrik seqmentləriylə sərt xarakterizə edilən bütün zamanların mənfi impulsiv detallarıyla yadda qalan PərdəArxası Planlarındandır.
Çünki Şərq-Qərb paralellərinin geosiyasi və geostrategi tərs perpenikulyar müstəvisində önəm kəsb edən İranın, bu aspektən dünyanın siyasi arenasnıda çəkisini əsla unutmaq ağılsızlığ, siyasi naşılğ, təmsil etdiyi ölkəsinin milli maraqlarını bu səciyyəvi xüsusatlarıyla hər an təhlükələrin ağzına itələmək kimi qiymətləndiriləndəndir. Unutmayaq ki, İranı dünyanın siyasi tarixində hər zaman hədəf götürənlər, sonunda yenə də İranın maraqlarıyla barışanlardır tezisini də yada salmaq ağıabatandır və bunu unutmaq (unudanlar)özü ağılsızlığdır.(ağılsızlardır) Bu üzdən də hazırki bütün baş verənlərin qara, boz fonunda Azərbaycandakı qabağa verilən antiirançı fəallar və icmalçılar, sonrakı prosseslərin qurbanı olacaqları düşüncəsini də kənardan izlənilən realist nəzərlərin müşahidə obyektinə düşdükləri gerçəyliyini unutmasınlar. Bir də həmən antiirançı kəsim bunu da aksioma kimi yaddaş kodlarına vurub tarix üçün saxlasınlar ki, Aran Qarabağda Ağıllı Kənd, Ağıllı Şəhər Projesi heç də Baş Tutmayacaq Plandır. Bu projeni gerçəkləşməsinə nə Rusiya, nə İran, nə də Rusiya və İranın arxasındakı daha güclü mərkəzlər heç cür imkan verməyəcəklər. Hələ 2000-ci illərin əvvəllərində İsrail Azərbaycanın İranla həmsərhəd məntəqəsində, cənub bölgəsinin dini kəsim baxımından İrana çox sıx bağlılığı ilə diqqət çəkən Cəlilabad rayonunda Azərbaycan-Israil iş adamlarının müştərək kənd təssərrüfatı xarakterində "iş qurmaq"adı ilə Gizli Planını həyata keçirmək istərkən, İran tərəfi bu planın baş tutmasına hər vəchlə mane olmuşdu. Əlbəttə ki, bu xüsusi xidmət planının baş tutması ağla batan da deyildi. Çünki bu projenin həyats keçriləməsi ,(baş tutması) İranın geosiyasi, gestrateji, ümumiyyətlə həm regional və həm də ki, qlobal maraqlarının zərbə altında qalması demək idi. Bu üzdən də hələ o zamanlar İran bütün tərəfləriylə bu məsələni gerçəkləşməyə imkan verməmişdi. İndi də işğaldan azad edilmiş Zəngilanda, İranın düz burunun ucundaca belə PərdəArxası projenin gerçəkləşməsi məsələsi Azərbaycan üçün, Azərbaycanın milli və dövlət maraqları üçün hansı mənfi seqmentləriylə başa gələcəyi çox düşündürücüdür. Buna görə də İranın son zamanlar dövlət səviyyəsində fəal poza alması, siyasi aktivliyi, hərbi doktirana təqdim etməsi, din xadimlərinin təhdid edici xütbələri, Azərbaycandakı yatmış. radikal, başı pozuğ qaragüruhunu(qatı şiə, rafizilər) oyatmağa meyilləndirən çağırışları, çox ciddi, olduqca təhlükəli parametirləriyə ölkəni narahatlığa doğru sürükləyən amillərindəndir. Bu da inkaredilməz faktorlar silsiləsindəndir ki, Qarabağ tarixən əvvəlcə İran şahlarının Seyrangahı, Qacarlarla Romanovlar Azərbaycanı öz aralarında böldükdən( bölüşdürdükdən )sonra isə Rus İmperiyasının Qafqazda Cənub Qala Qapısı kimi geosiyasi, geostrateji olaraq yadda qalan aspektlərindəndir ( bu gün də həmin tarixi- siyasi missiyanı yerinə yetirməkdədir). Bir də ingilis kəşfiyyatı(mi-6- mossad konteksində) rusların tarixi Qafqaz maraqlarına heç zaman müdaxilə edə bilməyib. Şamil Hərəkatından tutmuş, Çeçen Müharibəsinədək və hazırki 44 günlük II Qarabağ Savaşı da daxil olmaqla; böyük siyasətdə, xüsusilə Qafqaz məsələsində London -Paris Geosiyasi, Geostrateji Qarşıdurması sonunda Parisin Söz Sahibi olması faktoru ilə nəticələnib. 44 günlük savaşda Paris-Bakı münasibətlərinin soyuq kokteryl şəklində xarakterizə edilib, əksinə London-Bakı( Bakı-Ankara-İslamabad+ gizli olaraq Londan) siyasi üfüqündə doğan "günəşin " qabağını bir gün qara buludların almayacağı gerçəkliyi də ağlabatmayan tezislər silsiləsindəndir.Çünki bölünmüş(böldükləri) dünyanın tarixi gerçəkliyi
siyasi format olaraq formasını dəyişsə də, ancaq məzmunca heç zaman dəyişilməyəndir. Bu tip gerçəkləri özündə ehtiva edən amil, hər zaman öz aktuallığını qoruyub saxlayan elementlər silsiləsindəndir. Unutmayaq, böyük siyasətdə geosiyasi və geostrateji baxımndan hər oyunçunun dəyişilməyən, itməyən, əldən verilməyən öz tarixi sahəsi vardır. Bu sahəyə kiminsə müdaxilə etməsi böyük və miqyası ölçüyə gəlməyən təhlükəli seqmentləri ilə seçilən tektonik yarıqların əmələ gəlməsi və uçması ilə yadda qalandır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ