Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları İcma inkişafı məsələləri üzrə təlimdə iştirak ediblər
Tarix: 30-11-2023, 14:32
Google+ Paylaş
Tumblr Paylaş

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları İcma inkişafı məsələləri üzrə təlimdə iştirak ediblər

30-11-2023, 14:32

.

Komitədən verilən məlumata görə, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) dəstəyi əsasında, Beynəlxalq Əməkdaşlıq üzrə Alman Agentliyi (GİZ) ilə Dövlət Komitəsi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Cənubi Qafqazda məcburi köçkünlərin və aztəminatlı yerli əhalinin sosial və iqtisadı inkişafı” layihəsi çərçivəsində təşkil olunub.

Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsində davamlı icmaların qurulması olduqca mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramında da icmaların inkişafı ilə bağlı məsələlərə yer ayrılıb. Proqramın Tədbirlər planında Dövlət Komitəsi reinteqrasiya və icma əsaslı inkişaf layihəsinin həyata keçirilməsinin əsas icraçısı kimi müəyyən edilib. İcma səfərbərliyi, onların potensialının artırılması ilə bağlı mühüm tədbirlər icra edilir.

“Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” proqramının (EPİC) eksperti Nicat Qarayev komitə əməkdaşlarına icma quruculuğu və inkişafı haqqında ətraflı məlumat verib.

Layihə 2018-ci ildən etibarən sosial komponent çərçivəsində Mingəçevir şəhərində və Bərdə rayonunda məcburi köçkünlər üçün icma inkişafı üzrə fəaliyyətlər həyata keçirir. Təlimdə icma inkişafı məsələlərinə ötən illər ərzində layihənin icrası zamanı qazanılan təcrübə əsasında yanaşma təqdim edilib.

Təlimdə iştirakçıların sualları cavablandırılıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ