Bu ilin I rübündə Azərbaycanda daşınmaz əmlak üzərində 88 013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb
Tarix: 30-04-2024, 00:25
Google+ Paylaş
Tumblr Paylaş

Bu ilin I rübündə Azərbaycanda daşınmaz əmlak üzərində 88 013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb

30-04-2024, 00:25

.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,2 % azdır.

Rüblük göstəricinin 13 540-ı (15,3 %) ilkin, 74,473-ü isə (84,7%) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 39,1 % və 30,7 % azdır.

Yanvar-mart aylarında fərdi yaşayış və bağ evi üzərində 12 786, mənzil üzərində 19 234, torpaq sahəsi 53 279, qeyri-yaşayış binası 744, qeyri-yaşayış sahəsi 1,814, əmlak kompleksi - 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.

3 ay ərzində 64 842 texniki pasport tərtib edilib, 16 537 ipoteka müqaviləsi qeydiyyata alınıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ