Professor Mirələm Həsənli:Ağıllı,Rasional,Emosional Düşüncə Sahibi  yaxud  Azərbaycan İqtisad  Elminin Tanınan Siması
Tarix: Bu gün, 15:34
Google+ Paylaş
Tumblr Paylaş

Professor Mirələm Həsənli:Ağıllı,Rasional,Emosional Düşüncə Sahibi yaxud Azərbaycan İqtisad Elminin Tanınan Siması

Bu gün, 15:34

Elşad Mehdi
___________________________________


Əsl ziyalı təmsil olunduğu xalqın milli –mənəvi dəyərlərinin təəssübünü çəkəndə,vətəndaşı adını daşıdığı ölkəsinin maraqlarına xidmət göstərəndə, daha hörmətli, daha sevilən və unudulmaz olur.

Bu qəbildən olan insanlar doğurdan da, xalqının iftixar və qürur mənbəyidir.

Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi,alimlərini,yazıçılarını, şairlərini,memarlarını,münəccimlərini,xəttatlarını,yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər,yeri gələndə,onlarla görüşər,fikir mübadiləsi aparardı…

Əsrlərdən bəri hər bir dövlətin,hər bir dövrün ziyalıya,onların işğına,sözünün çəkisinə və cəmiyyətdə tutduğu doğru-düzgün mövqeyinə böyük ehtiyacı olub,bu tarixi ənənə,indi də davam etməkdədir.

Azərbaycan millətinin mentalitetində böyüyə,ağsaqqala,müəllimə,ziyalıya xüsusi münasibət,özəl ehtiram var.
Çünki,Azərbaycan ziyalılığının beşiyi başında Nizami,Füzuli,Mirzə Fətəli Axundzadə,Mir Cəlal kimi dahilər,böyük əqidə və elm adamları durmuşlar.

Nizaminin bütün yaradıcılığı kamil insan axtarışından ibarət olmuşdur.
Məhəmməd Füzuli yalnız poeziyasının yüksəkliyi və ülviyyəti ilə deyil, həm də öz şəxsiyyəti ilə misilsiz bir örnək idi.

Belə misallar–xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar.Fəqət,ən mühüm məqam odur ki,bu şəxsiyyətlərin əsas məramı alqış,tərif,təltif umacağı maddi mənafe deyildi.

Onlar həyatlarının mənasını insanlara,xalqa xidmətin feyzində tapırdılar.

Millətlərinin,mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar. Hər biri öz sahəsində qazandığı uğurları milli nailiyyətlər kimi bəşəriyyətə ərməğan edirdi.

Onlar milli ziyalılığın meyarları,kamil örnəkləri idilər və bu gün də biz ziyalı fəaliyyətinin təsnifatını verərkən,məhz şanlı sələflərimizin xidmət örnəyini əsas götürməliyik.

Bu yazımızda,həmin sadalanan,-adları hörmət və ehtiramla çəkilən ziyalı,xeyirxah,həmçinin daxili aləmində sadə,səmimi,olduqca təvazökar çalarlar gəzdirən,milli-mənəvi,əxlaqi dəyərlər kimi vacib meyarlara malik insanlardan biri,tanınmış və nüfuzlu elm xadimi, İqtisad Universitetinin “Maliyyə” kafedrasının ilk elmlər doktoru, professoru,Mirələm Həsənlinin işgüzar,geniş spektrə malik çox zəngin,rəngarəngliyi ilə seçilən fəaliyyəti haqqında söz açmaq olduqca maraqlıdır.

Beləki,1947-ci ilin iyul ayının 12-də halal və zəhmətkeş insanları ilə daim yadda qalan Muğan torpağında,- Cəlilabad rayonunun Əlıqasımlı kəndində,Xası kişinin ailəsində dünyaya göz açan Mirələm müəllim,1965-ci ildə 1 saylı Cəlilabad şəhər orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra,
1970-ci ildə M.Əzizibəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Neft mexanikası fakültəsini-mühəndis mexanik ixtisasına qəbul olunur.

Professor Mirələm Həsənli daha sonralar isə,1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakultəsini-iqtisadçı,1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini-hüquqşünas ixtisası üzrə ali təhsil alır.

Professor Mirələm Həsənli, 1990-cı ildə N.A.Voznesenski adına Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin Bakı filialının aspiranturasını bitirdikdən sonra,MDB ölkələrində ilk dəfə «Keçid iqtisadiyyatlı ölkələrdə vergi sisteminin formalaşması» mövzusunda namizədlik dissertasiyasnı və ardınca da,1997-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin doktoranturasını müvəffəqiyyətlə başa vurur, iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiya müdafiə edir,1999-cu ildə AR Prezidenti yanında Dövlət Ali Attestasiya Komissiyası tərəfindən təkrar attestasiyadan keçirilərək ölkəmizin doktorluq diplomunu almağa nail olur.

1993-cü ildən elmi-pedaqoji fəaliyyətlə məşğul olan Mirələm Həsənli, 2000-ci ildən İqtisad Universitetinin “Maliyyə” kafedrasının ilk elmlər doktoru, professorudur.

O,86 elmi əsərin, o cümlədən 5 monoqrafiyanın, 9 dərslik və dərs vəsaitinin, 3 metodik, 18 tədris proqrmının və 2 interaktiv dərs vəsaitinin müəllifidir.
İndiyə kimi professor Mirələm Həsənlinin rəhbərliyi altında 12 nəfər namizədlik dissertasiyası müdafiə edib, Həmçinin o,10-dan çox na¬mi¬zədlik və doktorluq dissertasiyasının opponenti və rəyçisidir.

Mirələm Həsənlinin əmək və həyat fəaliyyəti olduqca rəngarəng və zənginliyi ilə fərqlənir.;1970-1978-ci illərdə SSRİ Xüsusi Tikinti quraşdırma idarələrində iş icraçısı, sahə rəisi, baş mühəndis,1978-1982-ci illərdə SSRİ Tikinti Bankının Bakı Şəhər şöbəsində şöbə rəisi, bankın müdir müavini,
1982-1984-cü illərdə Bakı Şəhər Xətai rayonu Xalq Deputatları Sovetinin İcra Komitəsində rayon İcra Komitəsi sədrinin müavini-Rayon Plan Komisiyasının sərdi,1985-1992-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Xətai rayon maliyyə şöbəsinin müdiri və Vergi Müfəttişliyinin rəisi,
1992-ci ildə Azərbaycan Respublikası Prezidenti Aparatında strateji iqtisadi proqramlar sektorunun müdiri,1993-cü ildə Respublika Maliyyə Nazirliyində Baş Büdcə İdarəsinin rəisi,1994-1999-cu illərdə Bakı şəhəri Xətai rayonu üzrə Dövlət Vergi müfəttişliyinin rəisi,2005-ci ildən İqtisad Universitetinin “Maliyyə” kafedrasının müdir müavini,2013-cü ildən 2015-ci ilin sonuna kimi “Maliyyə” kafedrasının müdiri vəzifələrində çalışmışdır.

Professor Mirələm Həsənli həmçinin ölkənnin ictimai-siyasi həyatında da geniş spektrdə fəaliyyəti ilə yadda qalandır.

O,1982-1995-cı illərdə Bakı Şəhəri Xətai rayon sovetinin,1990-1995-ci illərdə isə Bakı Şəhər Sovetinin deputatı kimi ictimai-siyasi sferada da öz bilik və bacarığınıAzərbaycnın milli və dövlətçlik maraqları istiqamətində sərf edir.

Bütün bu illər ərzində vətən və dövlət qarşısında göstərdiyi xidmətlərin üçün Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Beləcə,bu dəyərli,ziyalı insanın dövlət və xalq qarşısında əvəzssiz xidmətləri gün kimi aydın,su kimi dupdurudur desək,qeyd etdiklərimz bir daha öz təsdiqini tapmış olacaq.

Çünki,professor Mirələm Həsənlinin indiyə kimi işgüzar və elmi,həyat fəaliyyətində gördüyü bütün işlərin uğuru,qazandığı etimadın doğru-düzgün nizamlanması,sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.

Bu vacib amil,haqqında danışdığımız əsl insanın ən müsbət keyfiyyətlərinə işıq salmaqla,illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir.

Bu məziyyətlərinə görə də tanınmış alim,iqtisad elmləri doktoru,professor Mirələm Həsənli respublikanın ən yuxarı sferalarında öz yeri, öz payı və əvəzssiz rolu olan insanlardan biri kimi hər zaman diqqət mərkəzindədir.

Bu üzdən də o, hazırkı günümüzdə də yorulmadan respublikada ağıllı,rasional, strateji düşüncəyə hesablanmış Azərbaycan elminin tendensiv inkişaf dinamikasının daha düzgün formalaşması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi uğrunda çalışır.

Bu dəyərli insanın,əsl ziyalının həyat yoluna nəzər saldıqda,doğrudan da,onun bu günə kimi keçib gəldiyi yolun zəhmət və halallıqdan yoğrulduğu həqiqəti ilə rastlaşırsan.

İnsan doğulduğu mühitin övladıdır;onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin abu-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki,insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.

Bu üzdən parlaq və zəngin erudisiyası,yüksək emosional zəkası ilə seçilən nüfuzlu elm xadimi,iiqtisad elmləri doktoru,professor Mirələm Həsənlinin daxili aləminin bütün məziyyətləri,mənəvi-əxlaqi keyfiyyətləri,ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları,fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində,qazandığı uğurlarında,atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətə layiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.

İnsan doğrudan da,əməlləri ilə tanınır,sevilir,hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur;vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınağından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

Beləcə,illərdir bu səmimi, doğru-dürüst insan həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına, düzgün idarəçiliyinin formalaşmasına həsr etməkdədir.

Tutduğu mövqe, çıxdığı yol da özü kimi düz, səlis, aydın, ürəkaçan, ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan xətt üzrə müsbət, dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.

Bütün bunların ucalığında isə dəyərli insan,əsl ziyalı,layiqli vətəndaş, hörmətli alim Mirələm Həsənlinin vətənə,xalqa,dövlətə olan sevgisi və sadiqliyi,monolit mövqeyi tutması dayanır.

Çünki, bu insanın əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.

Doğrudan da, bir insanın keçdiyi həyat yoluna işıq salanda onun nə qədər zəngin və rəngarəng olduğu, həmin şəxsin bir millət üçün nə qədər fədailik etdiyini özündə təcəssüm etdirir.

İnanırıq bu sadə,səmimi,təvazökar insan hələ əsrimizin qalan illərini də,bax beləcə,vüqarla,cəsur,cəsarətli,böyük ürək,şövqlə, öz ziyası ilə vətəninə,xalqına, dövlətinə dönməz və sonsuz sevgisi, əvəssiz xidmətlər göstərərək yaşayacaq, addımlayacaq, bu məsuliyyətli, müqəddəs yolda yoruldum deməyəcək.

Yolun daim açıq olsun,dəyərli ziyalı,işıqlı insan!

P.S. İyulun 12-si professor Mürələm Həsənlinin Doğum Günüdür.Bu Mübarək və Yadda Qalan Gündə hörmətli alimi təbrik edir, gələcək işlərində uğurlar, can sağlığı arzulayırıq!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ