Elşad M.Turan
______________________________
Hanı doğrular,-itmiş ünvanı
da;
itmiş ünvanlarda axtarır
doğruları
adamlar, ot basmış,
üstü
örtülmüş,azmış doğrunun
yolları,
qeybə çəkilmiş kimidir
indi
haqq, göylərin yerə
qarğışıdı
bu,hər bucağında şər
oturmuş,
xarabalığları üstündə
bayquşlar
yuva salmış, ulayır bayquş
gözünü
qırpmadan o gün, bu gün,
asılmış,
boynunun ardından çıxarılan
haqqı
deyən dili həqiqətin,sözün
bakirəlik
pərdəsi yalanla pozulmuş,
çox
ucuz satılmış və zorlanmış
düzlük,
namus ləkəsi qanla
belə
yuyulmur artığ,..haqqa
divan
tutulur,haqqa divan tutur
insanlığ
və haqdan qaçır,haqqın
divanın
uçurur, haqqın divanı
uçrulur,
kərpic- kərpic hər gün,
günbəgün;
dar ağacı qurulur
doğrulara,
dar ağacı qurub qətranlı
kəndirləri
salır haqqın boynuna,
təpəgöz,
tək göz, quyruqlu
balaca
şeytanlar;qana batmış
kirli
əlləri ilə,haqqın boynu
qıldan
da
nazik,hər aldığı nəfəsində
asılır
haqq beləcə;doğruların
itdiyi,
insanlığın öldüyü,torpağa
gömüldüyü,
sözün bitdiyi yerdə...........................
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi