Nazim Aslan Bozalqanlı: Vətən sevgisi ilə bəşəri duyğuların vəhdətindən doğulan poetik düşüncələrin sahibi
Tarix: 3-04-2024, 00:36
Google+ Paylaş
Tumblr Paylaş

Nazim Aslan Bozalqanlı: Vətən sevgisi ilə bəşəri duyğuların vəhdətindən doğulan poetik düşüncələrin sahibi

3-04-2024, 00:36

Nazim Aslan Bozalqanlı: Vətən sevgisi ilə bəşəri duyğuların vəhdətindən doğulan poetik düşüncələrin sahibi





Elşad Mehdizadə
____________________________


Bir insanın daxili aləminin bütün məziyyətləri,mənəvi-əxlaqi keyfiyyətləri,ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər, sonradan insanın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.

Azərbaycanın ictimai, ədəbi-bədii mühitində özünəməxsus dolğun və məzmun səciyyəsi daşıyan təxəyyülü və poetik düşüncələri ilə yadda qalan Nazim Aslan Bozalqanlı(Nazim Vəlıiyev) da bu qəbildən olan yaradıcı və qurucu insanlardandır.

Onun daxili aləminin saflığı ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyü,tamlığı, bütün insani keyfiyyətlərinin məcmusu,həmçinin mənəvi-əxlaq dəyərlər kriteriyasının ən üst qatında da etalon kimi qorunub saxlanmağa fürsət tapandır.

İnsan doğurdan da doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.

Tovuz elinin şair təbiətli oğlu Nazim Aslan Bozalqanlının(Nazim Vəliyev) poetik düşüncələri ilə tanış olduqda,onun daxili aləminin daha alt qatındakı müsbət keyfiyyətlərinin zamanla çulğaşaraq,bütöv insan kimi yetişməsində,sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynadığının və həqiqi şəxsiyyət statusu aldığının şahidi olursan.

Ardınca da, sözün əsl mənasında ömrünün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşaydığı qənaətinə gəlirsən.
Bu üzdən də,"Görədir"şerində Nazim Aslan Bozalqanlının insanlığ duyğusu ilə bəşəri düşüncəsinin vəhdətinnin yüksək ideallara söykəndiyinə bir daha əmin olursan:

Bar verən ağaca verilən qiymət,
Onun yetirdiyi bara görədir.
Zəhmətkeş bağbana edilən hörmət,
Becərdiyi çəmənzara görədir!
İnsanın kökündən gəlir ləyaqət,
Genindən, qanından boy atır qeyrət,
Saflıq, mənəviyyat, dəyanət, ismət,
Abıra, həyaya, ara görədir!
Oxumaq, öyrənmək sevir zəhməti,
Əməllə qazanar insan şöhrəti,
Aqil müdrikliyi, alim qüdrəti,
Çıxardığı düz qərara görədir!
Olsa da bir kəsin çox var- dövləti,
Ola bilsin yoxdur heç ləyaqəti,
İnsanın şərəfli halal sərvəti,
Zəhmətdən boy tutan vara görədir!
Nazim, gəl qoru sən dost tək neməti,
Odur həyatında qazancın qəti,
Dostun dosta olan inam, rəğbəti,
Qazandığı etibara görədir!
Bakı, 14.12.2000-ci il.


Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin Nazim Aslan Bozalqanlının daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahidinə çevrilirsən:

Çöllərinə həsrətin
Vüsal gülü əkəcəm!
Yollarına qeybətin
İnamdan sədd çəkəcəm!
Sevinc, şadlıq nurunu
Dolduracam cibimə!
Səpəcəyəm mən onu
Bədxahların qəlbinə!
Yamanlığın, pisliyin
Qıracağam qıçını!
Tez qocalan gəncliyin
Qaraldacam saçını!
Qəm-qüssənin buzunu
Əridəcəm əlimdə!
Həyatın dad-duzunu
Artıracam dilimdə!
Olmağı bu ovqatda
Öyrədəcəm hamıya!
Çalışacam həyatda
Pis adamlar qalmıya!
Sonunadək ömrümün
Xeyirxahlıq edəcəm!
Ağuşuna ölümün
Xoşbəxt kəstək gedəcəm!
Bakı, fevral 2008.


Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Nazim Aslan Bozalqanlının poeziya dünyasının rəng palitrasına hopan saf,təmiz,bakir hiss və duyğulardan doğulan misralar,kamilliyə cığır açan sətirlərin dolğunluğu, tamlığı,bütövlüyü,onun ruhundan qəlbinə, qəlbindən də barmaqlarına bal kimi süzülən düşüncələrin,sözə çevrilən dəyərinin və sanbalının çəkisi çox ağır, tutumunun miqyası isə çox genişliyi ilə diqqət çəkir:

Ölüm haqqdır, bilir hamı
Adam ölə vədəsində.
Kədər, qüssə qaçılmazdır
Gözlər dola vədəsində.
Heç olmaya yersiz kədər
Qoy getməsin ömür hədər
Yazın ömrü fəsli qədər
Güllər sola vədəsində.
Ömür bağlı ilə, aya
İnsan vaxtsız qocalmaya
Çal qaşından saya-saya
Ağ tük yola vədəsində
Ata, ana, övlad, nəvə
Qismət ola hər bir evə
Bir-birini hər kəs sevə
Dayaq ola vədəsində
Nazim, ömrü dolğun yaşa
Müdrik tək vur ömrü başa
Ölüm baxmaz quru, yaşa
Salar yola vədəsində.
Bakı, fevral 2008


İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir:

İnsanlara kömək edib, sevirsənsə elini,
Pisliyin yox, yaxşılığın, bilirsənsə dilini.
Bir yazığın, kimsəsizin tutmusansa əlini,
Demək həyat davam edir, yaşayırsan hələ də!
Bir baxışın alovundan isinirsə ürəyin,
Biganəlik qrovundan üşüyürsə kürəyin.
Bir sevdadan boy tutursa neçə arzu, diləyin,
Demək həyat davam edir, yaşayırsan hələ də!
Ya sevincdən, ya kədərdən ağlayırsa gözlərin,
Ya qiymətdən, ya kəsərdən düşməyibsə sözlərin,
Lap ölsən də, bu dünyada qalacaqsa izlərin,
Demək həyat davam edir, yaşayırsan hələ də!
Bakı, 14 noyabr 2001-ci il.


Həyatda qazandığı uğurlar, işgüzar, elmi-pedoqoji, əmək fəaliyyətindəki diqqət çəkən məqamların çoxu,Nazim müəllimin prinsipial və doğru, düzgün sağlam mətiqi düşüncələrinin məhsulu kimi yadda qalan faktorlardandırsa,daxili aləmindəki mənəvi əxlaqi dəyərlərə söykəncliyi poetik duyğularının bəşəri düşüncələrə kökləndiyi də, bu amilləri daha da bərk,monolit,bötöv halda vəhdətə gətirir.
Antik yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.Ədalətə,haqqa,qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən,onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb.
Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.

Elə Nazim Aslan Bozalqanlının AZƏRBAYCAN BAYRAĞIM VAR! adlı şerində onun vətən və xalq qarşısında yaşadığı ömrünün yalnız bu müqəddəs məhfumların yanan işığında nə qədər şölələndiyinə bir daha əmin olursan:

Əzəmətlə dalğalanan,
Zəfərlərdə yırğalanan,
Ümmanlar tək çalxalanan,
Sülh məramlı yarağım var,
Azərbaycan bayrağım var!
Göy, qırmızı, yaşıl zolaq
Ay-ulduzu nurlu çıraq,
Çox mətləbdən verir soraq,
Zirvələrdə marağım var,
Azərbaycan bayrağım var!

Nəqarət
Yaşa, var ol, uca bayraq,
Yaşa, var ol, ana torpaq,
Qabaqdadır neçə sınaq,
Bu sınaqdan üz ağım var,
Azərbaycan bayrağım var!

Tükənməzdir səxavətim,
Məzlumlara mərhəmətim,
Dost xalqlara sədaqətim,
Düşmənlərə göz dağım var,
Azərbaycan bayrağım var!
Öz neftiylə məşhurlaşan,
Var-dövləti aşıb-daşan,
Şeir deyən, nəğmə qoşan,
Xoş çağlardan sorağım var,
Azərbaycan bayrağım var!

Nəqarət
Yaşa, var ol, uca bayraq,
Yaşa, var ol, ana torpaq,
Qabaqdadır neçə sınaq
Bu sınaqdan üz ağım var,
Azərbaycan bayrağım var!
Heydər çəkən ağ yolumuz,
İlhamlanan əl-qolumuz,
Xoş məramlı simvolumuz,
Mehriban tək çırağım var,
Azərbaycan bayrağım var!
Bakı , 2007


Ömrünün zirvəsinə mətin,yeyin,düz,şax,şux,vüqarla ucalan Nazim Vəliyev(Nazim Aslan Bozalqanlı), doğurdan da həyatının hər bir anında məhz belə olmağa çalışıb.Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini, yüksək məsuliyyəti, xalqımız, dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.

Onun ZƏNGIN ÖMÜR GƏL YAŞA! adlı şerində bu çalarlar özünü aydınlığı ilə göstərməyə meyillənəndir:

Həyat bədbin, həyat küskün deyildir,
Dünya yorğun, dünya üzgün deyildir,
Hər yaşanan ömür düzgün deyildir.
Qalan ömrü barı, düzgün vur başa,
Məna dolu zəngin ömür gəl yaşa!
Paxıllıqdan, pisliklərdən uzaq dur,
Yaxşılıqdan ürəklərdə məbəd qur,
Mənən saf ol, əməlindən duy qürur,
Kömək eylə dosta, qonşu, qardaşa,
Məna dolu zəngin ömür gəl yaşa!
Ürəyinə hakim olsun mərhəmət,
El-obaya, vətəninə sədaqət,
Qoy meyarın olsun düzlük, həqiqət,
Etibarın artsın dosta, sirdaşa,
Məna dolu zəngin ömür gəl yaşa!
Təmizlənsin varsa qəlbdə küdurət,
Qoy damarda axsın sevgi, məhəbbət.
Sevgi nədir? – incə duyğu, səadət,
Sədaqətlə, məhəbbətlə baş -başa,
Məna dolu zəngin ömür gəl yaşa!

Bakı, Sentyabr, 2002-ci il.


1960-cı ildə tarixin daş yaddaşının süzgəcindən dupduru göz yaşı kimi süzülüb üzü bəri gələn və əsrarəngiz təbiəti,uca dağları,sıldırım qayaları,yaşıl yamacları,sıx meşələri,dərin sulu dərələri , comərd,mətin,cəsur,sözlü,sazlı,düz,dipdiri,saf,təmiz,igid insanları ilə yadda qalan Tovuzda, Bozalqanlı kəndində dünyaya göz açan Nazim Aslan Bozalqanlı( Nazim Vəliyev), doğurdan da elə ömrün gənclik illərində pərvazlanan arzu və istəklərindən çələng hörə-hörə, həyat yolunu həyat kredosu ilə büsbütün, tamlığı bütövlüyü,düz mütənasib çalarları ilə müəyyənləşdirməyi bacarmışdır.
Elə şair növbəti şerində də həyatın keşməkeşli dolanbaclarını,düz,riyazi əyri, qırıq xətlərlə müşayət olunan məsafələrini sözlə belə nəzmə çəkir:

Həyat gəlib belə, gedəcək belə,
Günlər dönəcəkdir fəsilə, ilə,
Var-dövlət fanidir, dönəcək felə,
«Atlasın» gedəcək, «bezin» qalacaq.
Hər nə cür olsa da insanda ovqat,
Şirindən şirindir bu sirli həyat,
Həyat - ilahidən əvəzsiz sovqat,
Hər zaman dalınca gözün qalacaq.
Hörmətə layiqdir şərəfli zəhmət,
Zəhmət qazandırar insana hörmət,
Bir gün qəbrin üstə oxunsa rəhmət,
Bil ki, bu dünyada izin qalacaq.
Hər şeydən ucadır sevgi-məhəbbət,
Sevgi- sirlə dolu müqəddəs məbəd,
Səni sevər olsa kim isə, əlbət,
Onun ürəyində közün qalacaq.
Ey Nazim, «həyat»dan deyilib çox söz,
Onun şirininə, acısına döz,
Dünyanın gərdişin misralara düz,
Şair tək kəlamın, sözün qalacaq!
Bakı, 2002-ci il


Bütün səciyyəvi cəhətlərin çoxu emosional zəka, zəngin təxəyyül, sağlam düşüncə tərzi ilə birbaşa bağlıdır. Yüksək emosional zəkaya malik insanlar təbii olaraq, daha çox özlərindən agah olurlar. Onlar zehni proseslərini dərk edir və özlərini necə idarə etməli olduqlarını bilirlər. Həvəsində olduqları ilə daha çox təmasda olurlar. Bütün bunlarla paralel, bəşəri duyğulara xas xarizması və emosianal zəka sahibləri başqalarının qayğısına daha çox qalır, qarşılğında da daha çox şəfqət alırlar.

Bu kateqoriyadan olanlar daha sosialdırlar.İmkanlarını paylaşmaq, zəif kəsimə daim diqqət göstərmək, onlarla mütamadi təmasda olmaq duyğusu, gələcəkdə bu işdən aldıqları zövqün və daxili rahatlığın müqabilində zəkalarındakı qloballığı, daha yüksək ideallar uğrinda addım atmaqlarına təkan verən detallara dönür.

Bu vacib amillərin daşıyıcıları olan insanlarda həmçinmin ədəbi-bədii düşüncənin zənginliyi, sonradan onlarda hiss və həyacanlarını daha çox sözün qüdrətindən və vəhdətindən yaranan poeziya dünyasının sakinlərinə çevrilməsinə aparırb çıxarır.
Nazim Aslan Bozalqanlının şerlərindəki bədii detal və şrtixlərin çoxu,məhz onun bəşəriliyə, torpağa, vətən amilinə,yaşadığı ölkənin varlğına bağlılığı ilə daha çox müşahidə olunandır.

Yurd həsrəti olur ikən
Qubardan göz dolur ikən
«Xarıbülbül» solur ikən
Səadətdən danışma!
Əldə deyil Qarabağım
Onla bağlı ahım, ağım
Əzilməmiş düşmən, yağım
Dəyanətdən danışma!
Düçar olub xalqım dərdə
Qəlb sızlayır pərdə-pərdə
Vətən ikən yad əllərdə
Cəsarətdən danışma!
Hey artsa da varım-pulum
Güclənsə də hərbim, ordum
Yad əldəsə ana yurdum
Var-dövlətdən danışma!
Qalx ayağa Azərbaycan!
Başlansın cəng, tökülsün qan!
Məhv olmasa naqis düşman
Şərafətdən danışma!

Bakı, dekabr, 2007


İnanırıq, Nazim Aslan Bozalqanlının(Nazim Vəliyev) yaradıcı ruhu,poetik dünyası,bədii təxəyyülü hələ illər sonra da daha yeni nəfəslə,daha təzə, tər, təravətlə sözün qüdrətindən ilhamlanıb, ən ülvi hiss və duyğuların doğulmasına can atacaq,bundan sonrakı həyat mərhələlərinin kamillik zirvəsinə çatmaq üçün müdrik yol yolçuluğuna şax,şux,dik,daim ayaqda çıxacaq!

P.S Yolun işığlı,açığ,vətən sevadlı olsun, şair!!!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ