Abbas Orucəliyev:”Məsləhətçi Group” Brendinin Qurucusu yaxud  Milli Sahibkarlığda Zəngin Erudisiya,Emosional Zəka Sahibi
Tarix: Dünən, 17:40
Google+ Paylaş
Tumblr Paylaş

Abbas Orucəliyev:”Məsləhətçi Group” Brendinin Qurucusu yaxud Milli Sahibkarlığda Zəngin Erudisiya,Emosional Zəka Sahibi

Dünən, 17:40

Elşad Mehdi
____________________________

Bu gün ölkədə dinamik iqtisadi inkişaf tendensiyası ilə müşayət olunan biznes və sahibkarlıq mühiti,qeyri-neft sektoru istiqamətində atılan umudverən addımlar,milli və dövlətçilik maraqları konteksindən gələcəyə yönələn prespektivlər üçün açılan qapı,düz və iti bucaqların iqtisadi baxış prizmasından gələcəyə uzanan yoldur.

Bu tip müsbət amillər,dövlət sektoru ilə paralel, özəl sektora daha çox və daha geniş imkanların yaradılmasının nəticəsi kimi, özünü səciyyələndirən keyfiyyətlərdəndir.

Bu da ölkədə kiçik,orta və iri sahibkarlığla məşğul olan iş adamlarını daha böyük biznes uğurları qazanmağa,respublikada iqtisadiyyatın inkişaf etdirilməsinə,kənar iqtisadi təsirlərdən daha az aslılığa, ölkə insanının daxili tələbatını ödəyəcək məhsulların istehsalı nəticəsində,istehlakın yüksələn xətt üzrə dinamik qənaət baxşlığına gətirib çıxaran tendensiyalardan hesab ediləndir.


Bu üzdən də hazırki günümüzdə sahibkarlığa və sahibkarlara yaradılan münbit şərait,dünya standartlarına uyğun,keyfiyyətli, əsl Azərbaycan brendi adı altında dünya bazarına ixrac ediləcək məhsulların sayının və keyfiyyətinin günbəgün artması, respublikada əsl iş adamlarının yetişməsi, biznes strukturlarının forma və məzmun xarakteri alması, artığ özünün əsl ənənəsini yaratmışdır.

Bütün bu qeyd olunan dinamik iqtisadi,bezns,sahibkarlıq mühitinə forma və məzmun səciyyəsi almasında peşəkar, təcrübəli iş adamlarının rolu olduqca böyükdür.

Doğurdan da bu gün ölkədə tanınmış sahibkar və biznes adamlarının iqtisadi münasibətlər üçün qurduqları mühit,çox qürur vericidir.

“Məsləhətçi Group” ("Meslehetci.az") şirkətinin həmtəsisçisi və rəhbəri,eyni zamanda, İCMA (İdarəçilər və Menecerlər Cəmiyyəti İctimai Birliyi) İdarə Heyətinin üzvü,tanınmış iş adamı,biznesmen Abbas Orucəliyev həmin kateqoriyadan olan,milli sahibkarlığ brendinin qurucularındandır.

31 dekabr 1982-ci ildə Bakı şəhərində anadan olan Abbas Orucəliyev,1999-cu ildə Sumqayıt şəhəri 1 saylı orta məktəbini, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsində bakalavr, 2005-ci ildə isə həmin fakültənin magistr pilləsini tamamlamışdır.

İkinci təhsil olaraq 2022-ci ildə Sumqayıt Dövlət Universitetinin Audit ixtisası üzrə bakalavr pilləsini bitirmişdir.

Əmək fəaliyyətinə 2002-ci ildə şəxsi biznesi ilə başlayan Abbas Orucəliyev,2008–2011-ci illərdə “Azər Holdinq”, 2011–2014-cü illərdə “Azərsu” ASC, 2014–2017-ci illərdə “Access Bank” ASC-də müxtəlif vəzifələrdə çalışmışdır.

2017-ci ildə “Məsləhətçi Group” şirkətində menecer olaraq fəaliyyətə başlamış və hal-hazırda həmin şirkətin həmtəsisçisidir.
Sərbəst auditor kimi Azərbaycan Auditorlar Palatasının üzvüdür.

Abbas Orucəliyevin rəhbərlik etdiyi “Məsləhətçi Group”,-Azərbaycanda şirkətlərə mühasibat, maliyyə, vergi, kadr və audit xidmətləri göstərən öndə gedən şirkətlərdən biridir.

Fəaliyyəti dövründə bu biznes və sahibkarlıq subyekti, bir çox şirkətlərlə uzunmüddətli və keyfiyyətli münasibətlərə əsaslanan proyektlər həyata keçirmişdir və keçirməkdədir.

Şirkətin yüksək ixtisaslı,savadlı kollektivi bu işlərin öhdəsindən layiqincə və sevərək gəlməkdədir.

Sahibkarların və şirkətlərin mənafeyini öz mənafeyi kimi görən Meslehetci.az təsərrüfat subyektlərinin işlərinin düzgün qurulmasında,mühasibat və maliyyə uçotunun şəffaf formalaşmasında,vergilərin düzgün hesablanması və ödənilməsində öz töhfəsini verməkdədir.

Şirkət sahibkarlarla görüşlərin keçirilməsində, ödənişsiz konsultasiyaların verilməsində və bununla biznes mühitində şəffaflığın və aydınlığın qorunub saxlanmasında və eləcə də sahibkarların daha da inkişaf etməsində səylə fəaliyyət göstərməkdədir.

“Məsləhətçi Group”,-Abbas Orucəliyevin rəhbərliyi ilə 2015 -ci ildən etibarən biznesinizin etibarlı tərəfdaşı kimi,uzunmüddətli təcrübəsi və peşəkar komandası, mühasibatlıq, vergi və HR sahəsində kompleks həllər təqdim edir.

Çünki, “Məsləhətçi Group”– yalnız xidmət göstərən deyil, biznesinizin uğuruna sadiq olan etibarlı tərəfdaşdır.

Bu üzdən,partnyorlarla münasibətdə təcrübə və peşəkarlıq, şəffaflıq və etibar ,operativ həllər,fərdi yanaşma,tam dəstək prinsipi,– 10 ildən artıq təcrübəyə malik mütəxəssisləri olan bir brendin bütün proseslərdə tam şəffaf yanaşma,sürətli və dəqiq nəticə üçün effektiv metodlar,hər müştəri üçün xüsusi strategiya və həll planı, ilk məsləhətdən nəticəyə qədər müştərinin yanında olmaq,yalnız bir xidmət kimi deyil, uzunmüddətli və etibarlı partnyor qazanmaq üçün gözəl fürsət kimi qalması üçün seçiləndir.

Bir Azərbaycan brendi kimi seçilən “Məsləhətçi Group”un bu baza və təməl prinsipi,onun qurucusu və ideya rəhbəri Abbas Orucəliyevin sürətli və dinamik, strateji biznes planlanlarının nəticəsi kimi bu gün özünün səmərəliyini artırmaqda,milli sahibkarlığ,biznes sahəsində müsbət, impulsiv tendensiyalarınforma və məzmun səciyyəsi alması üçün gözəl fürsətlər qazandırır.

Bütün bunlarla paralel Abbas Orucəliyev olduqca sadə səmimi təvəzökar əsl insani keyfiyyətləri ilə yadda qalan əsl azərbaycanlıdır.

Çünki, Abbas Orucəliyevin bu günə qədər kimi işgüzar və akademik biznes, sahibkarlıq fəaliyyəti,gördüyü bütün işlərin uğuru,qazandığı etimadın doğru düzgün nizamlanması,sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.
Bu vacib amil,haqqında danışdığımız əsl insanın ən müsbət keyfiyyətlərinə işıq salmaqla,illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir.

Bu üzdən də o, hazırkı günümüzdə də yorulmadan Azərbaycanda ağıllı,rasional, strateji düşüncəyə hesablanmış biznes və sahibkarlıq münasibətlərinin inkişaf dinamikasının daha düzgün formalaşması istiqamətində uğrlara imza atmaq üçün çalışır.

Bu dəyərli iş adamının insanın, əsl ziyalının həyat yoluna nəzər saldıqda, doğrudan da, onun bu günə kimi keçib gəldiyi yolun zəhmət və halallıqdan yoğrulduğu həqiqəti ilə rastlaşırsan.

İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin abu-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki, insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.

Bu üzdən parlaq və zəngin erudisiyası,yüksək emosional zəkası ilə seçilən iş adamı Abbas Orucəliyevin daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları, fikirləri, düşüncə tərzi, xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində, qazandığı uğurlarında, atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər onun həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu, doğrudan da, əminliklə açər, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim edir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ