Cəbrayıl rayonunda 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb
Tarix: 12-12-2023, 00:47
Google+ Paylaş
Tumblr Paylaş

Cəbrayıl rayonunda 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb

12-12-2023, 00:47

Dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən

. Artıq sənaye parkının 5 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən Parka ümumilikdə 33 milyon manata yaxın investisiyanın yatırılması, 420-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib ki, ölkəmizdə fəaliyyət göstərən digər sənaye parklarında olduğu kimi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da sahibkarlar üçün əlverişli biznes mühiti formalaşdırılır, rezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. İlkin olaraq Parkda çalışacaq işçilərin rahatlığının təmin edilməsi üçün mobil şəhərcik salınıb. Tikinti aparılacaq sahənin su və işıqla təmin edilməsi məqsədilə subartezian quyusu qazılıb, 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb.

Eyni zamanda, Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

“Yaradılan əlverişli investisiya mühitinin nəticəsidir ki, hazırda Sənaye Parkının 5 rezidenti və 1 qeyri-rezidenti var. Parka investorlar tərəfindən ümumilikdə 33 milyon manata yaxın investisiyanın yatırılması, 420-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu rezidentlərdən biri (“Avto Lizinq Azərbaycan”) hazırda fəaliyyətə başlayıb. Belə ki, cari ilin iyununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun iştirakı ilə müəssisənin açılış mərasimi olub. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstərilir”, - deyə Elşad Nuriyev bildirib.

İdarə Heyətinin sədri qeyd edib ki, digər rezidentlər tərəfindən hazırda Sənaye Parkında tikinti-quraşdırma işləri aparılır. Bir neçə müəssisənin də 2024-2025-ci illərdə istifadəyə verilməsi planlaşdırılır. “Rezidentlər tərəfindən indiyədək sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb. Bununla yanaşı, hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən təqdim edilən 5-ə yaxın layihəyə baxılır. İş adamlarının “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında mövcud investisiya imkanlarından yararlanmağa və öz layihələrini reallaşdırmağa lazımi şərait var”, - deyə o əlavə edib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ