Forpost Təhlil Qrupu
Bu yersizlik,(yanlışlıq) bu günki sosial yükün ağırlığına tab gətirə bilməyən bir cəmiyyətin, çox əcaib poza alması kimi ironik halın, gün işığındakı bozaran simasını(simasızlığını) elə öz üzündəcə əks etdirəndir.
Bu üzdən də cəmiyyətdə fərdlərin yerləşmək(özünü tapmaq. özünü təsdiq) imkansızlığı, sonradan onların yerdəyişmək(yerlərini dəyişmək) kimi imkanlrı ilə tərs mütənasiblik tendensiyası yaratmağa gətirib çıxarması ilə artığ çoxdan sonuclanandır.
Geriyə qayıtmağa və təzədən başlanğıc üçün güc qazanmağa da, artığ nə şans. nə də maraq vardır.
Bu da cəmiyyətdə öz yerini tapa bilməyənlərlə, öz postunu tuta bilməyənlərin qarşığlığından mərkəzə meyillilikdən, mərkəzdən qaçma mənfi dinamikası üçün siyasi yön verməyə (daha doğrusu çat verməyə) düz mütənasibdir.
Bu amil, sonradan toplum içərisində sınma və qopmalardan formalaşan, sonra da siyasi təbəddülatlara yol açan əndişəli şəkilin məzmun xarakteri almasına gətirib çıxarması kimi, sönmüş ocağın külüylə oynayan bir elatın adətinə də bənzəyəndir.
Bu tip əcaib görkəm, bir cəmiyyətin onu bir araya gətirəcək sosiallaşmaya meyilli olmaması tendensiyasının. sonunda onları siyasi bulaşıq şəkilə salması aqibəti ilə üzbəüz qoymasına da ekvivalet kimi səslənəndir. .