Qida təhlükəsizliyi agentləri indi də xurma bağlarını hədəfə alıblar
Tarix: 3-09-2021, 05:51
Google+ Paylaş
Tumblr Paylaş

Qida təhlükəsizliyi agentləri indi də xurma bağlarını hədəfə alıblar

3-09-2021, 05:51

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Forpost.az

-a verilən məlumata görə, fitosanitar müfəttişləri Bərdə regional bölməsinin inzibati ərazi vahidinə daxil olan rayonlarda yerləşən xurma və nar bağlarında zərərli orqanizmlərin aşkar edilməsi və onlara qarşı mübarizə tədbirlərinin aparılması məqsədilə keçirilən monitorinqlər zamanı qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən keçməsinin vacibliyi barədə bağ sahiblərinə maarifləndirici məlumatlar verib, qeydiyyatdan keçməyən təsərrüfatlardan yığılan məhsulların ixracının mümkün olmayacağı barədə məlumatı sahibkarların nəzərinə çatdırıblar.

Müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ