Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimində fəaliyyəti tənzimləmək istəyir
Tarix: 8-07-2021, 07:35
Google+ Paylaş
Tumblr Paylaş

Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimində fəaliyyəti tənzimləmək istəyir

8-07-2021, 07:35

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il iyunun 11-də imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq Qida Təhlükəsizliyi Agentliyi dövlət orqanları ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədilə heyvan kəsimi hallarının qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirir. Agentlik özünün nəzarət funksiyalarına uyğun olaraq bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi və qanunsuz fəaliyyətlərin aradan qaldırılması istiqamətində yoxlama-nəzarət tədbirlərinin miqyasını daha da genişləndirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Forpost.az

-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən ərazilərdə, küçələrdə, yol kənarlarında satış məqsədilə hələ də bəzi qanunsuz heyvan kəsimi fəaliyyətlərinin davam etdirildiyi müəyyən olunub. Pandemiya şəraitində, o cümlədən havaların mövsümi istiləşməsi ilə əlaqədar kütləvi zoonoz xəstəliklərin yayılması riski olduğu bir vaxtda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə heyvanların baytarlıq nəzarətindən keçirilmədən kəsilməsi yolverilməzdir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır. Bu sahədə aparılan monitorinqlər zamanı aşkar olunmuş qanunazidd əməllərin qarşısı qanunvericilik çərçivəsində qətiyyətlə alınacaq və həmin şəxslərlə əlaqədar müvafiq tədbirlər görüləcək.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ