Azərbaycan gəncləri minalardan xilas olmağın yollarını müzakirə ediblər
Tarix: 12-06-2021, 06:23
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan gəncləri minalardan xilas olmağın yollarını müzakirə ediblər

12-06-2021, 06:23

İyunun 11-də Azərbaycan Respublikası Gənclər Fondunun və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bizi minalardan xilas edin” (Free us from landmines) mövzusunda beynəlxalq gənclər konfransı keçirilib.

Forpost.az

xəbər verir ki, konfransın əsas mövzusu işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən yerləşdirilmiş minalara dair xəritələrin bu günə qədər Azərbaycana təqdim edilməməsi və bunun davamlı olaraq insan tələfatı ilə nəticələnməsi olub.

Konfransda əvvəlcə peşə vəzifələrini yerinə yetirərkən iyunun 4-də Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olan jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov daxil olmaqla mina terroru qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masa formatında keçirilən konfransda çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Xarici İşlər Nazirliyinin idarə rəisi Cəfər Hüseynzadə və ANAMA-nın şöbə müdiri Elnur Qasımov çıxışlarında Ermənistanın beynəlxalq səviyyədə hərbi cinayət kimi qəbul edilən minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsini pisləyərək, bunun təhlükəsizliyə və iki qonşu xalqın gələcəkdə dinc yaşamasına qarşı əngəl olduğunu bildiriblər.

Tanınmış bloqqer Adnan Hüseyn çıxışında post-münaqişə dövründə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında sosial şəbəkələrdə fəallığın vacibliyini vurğulayıb.

Konfransa onlayn formatda qoşulan Türkiyə Gənclər Fondunun rəhbəri Enes Eminoğlu, Polşa Gənc Demokratlar Dərnəyinin rəhbəri Adrian Piocheta, Ukrayna Poruch Gənclik QHT-nin rəhbəri Andrey Moisenko, Türkiyə Erasmus Proqramının koordinatoru Erdem Çelebi və digərləri müraciətlərində dünya ictimaiyyətini və beynəlxalq təşkilatları formal bəyanatlar verməkdən çəkinməyə, bu cinayətkar əməlləri açıq şəkildə qınamağa, Ermənistandan minalanmış ərazilərin xəritələrinin dərhal və qeyd-şərtsiz Azərbaycana təhvil verilməsini tələb etməyə çağırıblar.

Konfrans iştirakçılarının Ermənistanın bu əməllərinə görə beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi, ərazilərin minalardan təmizlənməsi üzrə beynəlxalq əməkdaşlıq, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin mühüm rolu və digər məsələlərlə bağlı çoxsaylı sualları tədbir ətraflı cavablandırılıb.

Azərbaycanın aparıcı gənclər təşkilatları, beynəlxalq gənclər təşkilatlarının yerli nümayəndəliklərinin, azərbaycanlı və xarici tələbələrin, eləcə də əcnəbi ölkələrin bir sıra gənclər təşkilatlarının nümayəndələrinin də onlayn şəkildə qatıldıqları konfransda ölkəmizin haqlı mövqeyinə dəstək nümayiş etdirilib. Ermənistanın regionda sülhə əngəl törədən əməllərindən çəkinməyə və minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməyə məcbur etmək üçün Azərbaycan gəncləri adından beynəlxalq təşkilatlara çağırış ünvanlanıb.

Tədbirə Azərbaycandan və xarici ölkələrdən ümumilikdə 300-dən çox iştirakçı qatılıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ