Beynəlxalq Miqrasiya Təşkilatının (BMT)Azərbaycan nümayəndəliyi çərçivə sənədi üzrə  iclas keçirib
Tarix: 2-06-2021, 08:06
Google+ Paylaş
Tumblr Paylaş

Beynəlxalq Miqrasiya Təşkilatının (BMT)Azərbaycan nümayəndəliyi çərçivə sənədi üzrə iclas keçirib

2-06-2021, 08:06

Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi BMT-nin Miqrasiya Şəbəkəsi (UNNM) çərçivəsində görülən işlərin və şəbəkənin fəaliyyətinin 2021-2025-ci illərdə “Dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair çərçivə sənədi”nin (UNSDCF 2021-2025) icrası ilə əlaqələndirilməsi imkanlarına dair müzakirələrə həsr olunmuş onlayn koordinasiya iclası təşkil edib.

BMT-nin Azərbaycan nümayəndəliyindən Forpost.az -a bildiriblər ki, tədbirdə BMT-nin yerli qurumlarının, ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin təmsilçiləri, həmçinin aidiyyəti qurumların məsul işçiləri, QHT-lərin, təhsil qurumlarının təmsilçiləri iştirak ediblər.

Tədbirin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, BM

T-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış ediblər.

Qulam İshaqzai çıxışında miqrasiya problemləri ilə məşğul olan tərəfdaş təşkilatlar arasında səmərəli miqrasiya idarəçiliyinə nail olmaq üçün əməkdaşlığın, eyni zamanda, miqrantların və icmaların hüquqlarının və rifahının qorunmasını təmin etmək üçün tutarlı mexanizmləri dəstəkləməyin vacibliyini vurğulayıb.

Ötən il Azərbaycanın Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupunun üzvlüyünə seçilməsi və hökumət tərəfindən Miqrasiya üzrə Qlobal Sazişin öhdəliklərinin icrasına dair əldə olunan uğurları qeyd edən Vladimir Qyorqiyev BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsi çərçivəsində gələcək fəaliyyətlərin ölkəmizin həm milli, həm regional, həm də qlobal səviyyədə miqrasiya idarəçiliyi sahəsində uğurlarına töhfə verəcəyinə əminliyini bildirib. Bildirilib ki, BMT-nin Miqrasiya Şəbəkəsi “Dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair çərçivə sənədi”ndə göstərilən prioritet sahələri Miqrasiya üzrə Qlobal Sazişin hədəfləri ilə əlaqələndirir, eyni zamanda, Şəbəkəni texniki şərtlərində göstərilən hədəflərə uyğunlaşdırır və bu hədəflərə uyğun fəaliyyət planı təklif edir. Bütün bunlar son nəticədə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağı sürətləndirəcək.

Azərbaycanın BMT-nin Milli Miqrasiya Şəbəkəsinin təməlini qoyan ilk ölkələrdən biri olduğunu qeyd edən Vüsal Hüseynov bu tədbirin respublikamızda səmərəli miqrasiya idarəçiliyinə töhfə verəcək yeni fikir və təşəbbüslər üçün platforma ola biləcəyinə əminliyini bildirib.

Açılış nitqlərindən sonra iştirakçılara Miqrasiya Şəbəkəsi çərçivəsində görülən işlər, miqrasiya idarəçiliyi ilə bağlı mövcud əlaqələr, İnkişaf Planı, “Dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair çərçivə sənədi” ilə BMT-nin Miqrasiya Şəbəkəsi arasında sinerji və əlaqələr, BMT-nin Ölkə Missiyasının Miqrasiya Fondu (ÇTGF) və digər əməkdaşlıq təşəbbüsləri haqda məlumat verilib və miqrasiya şəbəkəsi ilə bağlı ətraflı müzakirələr aparılıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ