Azərbaycan Respublikasının Baş Prokurorluğu Sumqayıt şəhərində iki ağacın qanunsuz kəsilməsi nəticəsində 2700 manat məbləğində ziyan vurulması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən Forpost.az
Mayın 29-da fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması şəhər polis idarəsinin istintaq şöbəsinə tapşırılıb.
Hazırda iş üzrə istintaq aparılmaqla təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları təmin ediləcək.