Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı(ÜHST) həyacan təbili çalır
Tarix: 26-05-2021, 10:00
Google+ Paylaş
Tumblr Paylaş

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı(ÜHST) həyacan təbili çalır

26-05-2021, 10:00

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Forpost.az

-a bildiriblər ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Cənubi Afrika Respublikasının Şimali Keyp, Şərqi Keyp, Kvazulu-Natal, Limpopo əyalətlərində yüksək patogen quş qripi xəstəliyi, Rusiyanın Nijni Novqorod vilayətində Nyukasl xəstəliyi, Rumıniyanın Curcu inzibati ərazi vahidində keçilərin artrit-ensefalit xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınaraq həmin ərazi vahidindən bütün növ diri xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya, Rumıniya və Cənubi Afrika Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ