Vətən müharibəsi zamanı erməni hərbi birləşmələrinin beynəlxalq humanitar hüququ pozaraq dinc əhalini atəşə tutması, muzdluların iştirakı, terrorizm və sair cinayət faktlarının hər biri üzrə dərhal cinayət işlərinin başlanması, döyüş əməliyyatları şəraitində hadisə yerlərinin müayinəsi, maddi sübutların götürülməsi istiqamətində prokurorluq orqanları tərəfindən zəruri tədbirlər görülüb.
Baş Prokurorluğun mətbuat xidmətindən
Müşavirədə qeyd olunub ki, dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələrin icrası məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işləri üzrə aidiyyəti qurumlarla birlikdə erməni vandalizmi nəticəsində planlı şəkildə talan edilmiş, dağıdılmış tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, həmçinin atəşkəsin davam etdiyi illər ərzində əldən çıxmış faydanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.
Eyni zamanda, işğal altındakı ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində işlərin aparıldığı qeyd olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılan və işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının, eləcə də işğaldan azad olunmuş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində də yaxından iştirak təmin edilir.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi