BAKI, Forpost.az
Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə artıq ikinci ildir keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən bu şəhərdə ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirib.
Forpost.az xəbər verir ki, festivalın proqramına uyğun olaraq, fevralın 5-də axşam Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə ilk konsert proqramı təqdim olunub. Dahi bəstəkar Qara Qarayevin musiqi irsinə həsr olunacaq konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə, Azərbaycan Dövlət Simli Kvarteti çıxış edib.
Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək, ikinci dəfədir təşkil edilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu vurğulayıb. Bildirilib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının əsas xüsusiyyətlərindən biri də odur ki, hər zaman festivalın açılışından əvvəl kamera musiqisi axşamları təşkil edilir. Bugünkü kamera konserti isə dünya musiqi xəzinəsinə əvəzolunmaz töhfələr verən görkəmli bəstəkar, ictimai xadim, bütöv bir bəstəkarlar nəsli yetişdirmiş misilsiz müəllim, Xalq artisti Qara Qarayevin əziz xatirəsinə həsr olunub.
Konsertdə Qara Qarayevin “2 saylı simli kvartet a-moll” (iki hissə), “İnsan məskən salır” kinofilmindən musiqi, “Prelüd A-dur, F-dur”, R.Şumanın “Piano kvinteti” (III və IV hissələr), İ.Bramsın “Piano kvinteti” (III və IV hissələr) əsərləri səsləndirilib.
Xalq artistləri Fərhad Bədəlbəyli (piano) və Murad Adıgözəlzadənin (piano), həmçinin Azərbaycan Dövlət Simli Kvartetin üzvləri – Nəzrin Aslanlı (violin), Xəyalə Abdullayeva (violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltıxın (violençel) təqdim etdikləri əsərlər tamaşaçıların ürəyincə olub.
Qeyd edək ki, Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının proqramı çox zəngindir. Musiqisevərlər festival günlərində Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin maraqlı konsert proqramından zövq alacaq, “Bakı-Neapol: Musiqi Körpüsü” kamera musiqi axşamında Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini dinləyəcək, “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alan ifaçı və rəqqasların çıxışlarını izləmək imkanı əldə edəcəklər.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi