Diaspora sədri Şirvan Kərimovun erməni  sevgisi yaxud Abbas Abbasovu Azərbaycanın gələcək prezidenti kimi görməkdə və bu təbliğata xərclədiyi 1500000 rublda Şirvan Kərimovun məqsədi nə idi !?
Tarix: 14-11-2025, 10:50
Google+ Paylaş
Tumblr Paylaş

Diaspora sədri Şirvan Kərimovun erməni sevgisi yaxud Abbas Abbasovu Azərbaycanın gələcək prezidenti kimi görməkdə və bu təbliğata xərclədiyi 1500000 rublda Şirvan Kərimovun məqsədi nə idi !?

14-11-2025, 10:50

BAKI, Forpost.az Milli Tədqiqatlar Mərkəzi
Azərbaycan tarixi Şərq-Qərb paralellərinin geosiyasi və geostrateji qovşağında yerləşən kövrək,tektonik Xəzəryanı,Cənubi Qafqaz coğrafiyasında ən əlverişli mövqeyə malik ölkə kimi yadda qalandır.

Bu üzdən,possovet dövrünün geosiyasi reallığları və hazırki köhnə,yeni dünyanın nizamı müstəvisində iri və qlobal maraqlarını təmin etməyə cəhd edən beynəlxalq aktorlar,Cənubi Qafqaz coğrafiyasında, xüsusi xidmət planlarının əhatə dairəsini geişləndirmək istiqamətində çoxsaylı strateji,doktrinal,assosiativ,kəşfiyyat platformaları üzərində işləyirlər.

Bu diqqətçəkən amillər,Azərbaycanın milli maraqları və müqəddaratı kimi olduqca mühüm,tarixi, və vacib məsələlərin daha ciddi qayğısına qalmağı tələb edən ştrix və detallardandır.

Müstəqillik illərinin ilk dövründən üzü bəri,müxtəlif kritik mərhələrdə ölkənin milli statusunu zədələyəcək bir sıra hadisə və proseslərin ətrafımızda cərəyan etməsi,xaricdən Azərbaycanın suveren hüquqlarına qarşı həyata keçirilən gizli, məkirli planlar,terror aktları,siyasi və strateji sabotajlar,daxildə gərginliklər yaratmağa cəhdlər, vətəndaş itaətsizliyi,sosial təlatümlər,hakimiyyətlə cəmiyyət arasında uçrum formalaşdırmaq taktikası, etimadsızlığ,müxalif düşücəni radikal,dağıdıcı elementlərlə zənginləşdirib,ölkədə xaos,nizamsızlıq yaratmaq təşəbbüsləri artıq dəfələrlə sınaqdan keçirilib.

Bütün bu təhlükəli,tektonik təmayüllərin paradoksal fonunda,Azərbycanın mühüm dövlət orqanları gələcək və baş verəcək hadisələrin qarşısını almaq, prosesləri nəzarətdə saxlamaq,ölkənin təhlükəsizlik arxitekturasının qorunması və müdafiəsi istiqamətində uğurlu tədbirlər görməyə müvəffəq olublar.
Ölkədə son və hay-küylü,rezonans doğuran, hakimiyyəti dəyişdirmək,dövlətə xəyanət,milli maraqlarımıza zərbə vurmaq üçün hazırlanmış planın gizli və çirkli mahiyyətinin ifşası,Ramiz Mehdiyev və onun şəbəkəsinin ətrafında cərəyan edən hadisələr,Azərbaycanın yenə də hədəfə alınması,milli təhlükəsizliyimizin sarsıldılması məsələsinin nə qədər təhlükəli tendensiyalrdan xəbər verməsidir.

Maraqlı və diqqətçəkəndir ki, Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirdiyi bir çox qlobal energi layihələri,dinamik inkişaf,iqtisadi tendesiyalar,yürütdüyü müstəqil və ardıcıl siyasət, artıq ölkəyə periferik güc,regional lider statusu qazandırmışdır.

Artıq beynəlxalq aktorlar,Azərbaycanı etibarlı strateji tərəfdaş,qlobal nizam üçün effektiv, təhlükəsiz,davamlı siyasət yürüdən oyunçu kimi tanıyır,qəbul edir,gələcək planların gerçəkləşməsi istiqamətində rəsmi Bakı ilə işgüzar və stareji münasibətləri davam etdirməkdə maraqlıdırlar.

Bu tip müsbət dinamik inkişaf tendensiyası,bəzi dairələri qane etmədiyindən,ölkənin dinamikasını ləngitmək,siyasi sabotaj yaratmaq,cəmiyyətin fikirlərini bu tempdən yayındırmaq,illərlə hakimiyyət daxilində məkirli məqsədlər üçün yerləşdirilib,pərdələnmiş,milli maraqlarımızı xarici dairələrə qurban verməyə hazır nankorları bu planlara cəlb edib, çirkli niyyətlərini həyata keçirmək üçün təhlükəli gedişlər etmək istəyirlər.

Elə son hadisələr,üstü açılan məkirli planlar,ifşa olunan fiqurlar,onların hər an ölkədə qatmaqarışıqlığ yaradıb,xarici havadarlarına sədaqətlərini göstərmələridir.

Bu da diqqətçəkədir ki,ölkə daxilində Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxanlarla parallel,respublikadan kənarda yaşayan şəxslərin də şəbəkə şəklində bu işlərə cələb olunması faktları var.

Xüsusilə,Rusiyanın bir sıra şəhərlərində diaspora şəklində formalaşıb,bu təşkilatların arxasında Azərbaycanın milli müqəddaratına qarşı hazırlanıb, xüsusi xidmət planlarına cəlb edilən,Kremlin imperiya maraqları konteksində hərəkət edən şəxslərin mövcudluğu,olduqca təhlükəli tendensiyalardan xəbər verəndir.

Bu günlərdə Samarada yaşayan soydaşımız, vətənpərvər ruhu,milli siması ilə yadda qalan,hər zaman Azərbaycanın tarixi, milli maraqlarının təəsübünü çəkərək,bu istiqamətdə mühüm işlər görən Elmar Rəsulov,bizimlə görüşüb bəzi mühüm, vacib məqamları açıqladı.

Beləki,Samara vilayətində yaşayan azərbaycanlıları diaspora şəklində bir araya gətirən Samara Azərbaycanlıları Liqası və Milli -Mədəni Muxtariyyətində yaşanan mənfi impulsiv,neqativ proseslərdən söz acan vətənpərvər həmyerlimiz, sözügedən diaspora təşkilatının arxa fonunda Azərbaycana qarşı hazırlanan məkirli planlardan, bu pərdəarxası planların əsas fiqurlarından,təşkilatın sədri Şirvan Kərimovun illərdir Azərbaycana qarşı yürütdüyü anti-milli siyasətdən,Rusiyanın xüsusi xidmət orqanları tərəfindən idarə olunduğu, gizli təlimat və göstəriş aldığı, soydaşlarımıza qarşı qeyri- səmimi münasibət sərgilədiyi,Samara vilayətində yaşayan azərbaycalılıar arasında narazılğ, təfriqə salaraq,parçalanma yartdığından danışdı.

Soydaşımız bildirir ki,15 ildən çoxdur ki, Rusiya Federasiyasının Samara vilayətindəki Azərbaycan diaspor təşkilatını həm şəxsi maraqları ,həmçinin Rusiya xüsusi xidmət orqanlarının təlimat və göstərişlərini yerinə yetirmək,təşkilatda toplaşan azərbaycalıları nəzarətdə saxlamaq,olara qarşı gizli planları həyata keçirmək məqsədilə əlində alətə çevirmişdir.

Elmar Rəsulov onu da dedi ki, təşkilat indiyədək Şirvan Kərimovun ucbatından heç bir uğur qazanmayıb.

Çünki,Şirvan Kərimovun məqsədi,azərbaycanlıların maraqlarını təmin etmək yox,Samaradakı Rusiya dövlət dairələrinin verdiyi tapşırıqları icra etmək, bunun müqabilində də özünün iri və şübhəli biznes imperiyasını qorumaq,onu təhlükəsizliyinin qayğısına qalmaqdır.

Bu günə kimi haqqında çoxsaylı,narazılıq dolu faktlar Şirvan Kərimovun iç üzünü açsa da,amma, gizli xüsusu xidmət əli yenə də bu adamı vəziyyətdən çıxarmağı bacarıb.

Həmsöhbətimiz israrla bildirdi ki,Azərbaycan diasporu belə insanlardan yaxa qurtarmalıdır.

Artıq bunun zamanı çatıb.

Yoxsa,özünə hörmət edən azərbaycanlı,Şirvan Kərimovun ələ keçirdiyi,yalnız məkirli planlar üçün istifadə etdiyi Rusiya Azərbaycanlıları Liqasına gəlməyəcək.

Çünki Samarada fəaliyyət göstərdiyi müddət ərzində Şirvan Kərimov,yalnız intriqalar yaratmaqla, diasporumuzu parçalayan bir adam kimi yadda qalıb.

Bir sözlə,diasporumuzun işinin normal inkişafına əngəl yaradan xaricdəki nüfuz sahibi olan soydaşlarımıza qarşı iyrənc planlar əsasında başladılan qəbuledilməz qarayaxma kampaniyaları, düşünülmüş şəkildə ortaya "səpilən qarşıdurma toxumları", eləcə də ortadakı saysız-hesabsız intriqa və ədavətlər Şirvan Kərimovun adına yazılıb.

Onun bu əməlləri,həm də, düşmən "dəyirmanına su tökməkdən" betər bir biabırçılıq,milli diasporumuzun tarixinə qara ləkə vurmaq kimi qeyd olunub.
Özünə,ailəsinə,xalqına sayğı duyan hər kəs,Şirvan Kərimovun belə bəd və murdar əməllərinə qarşı həmişə vaxtında reaksiya göstərib.

Şirvan Kərimov rəhbəri olduğu təşkilat adından,heç vaxt ölkəmizin haqlı mövqeyini nə müdafiə edib, nədəki, bütün səviyyələrdə erməni təxribatlarına layiqli cavab verməyib.

Əksinə,bu azmış kimi, saxtakar erməni tarixçisinə istinad etməklə, milli maraqlarımıza ciddi zərbələr vuran çıxışlar edib.

Hətta erməni sevgisi hədsiz güclü olan Şirvan Kərimov Samarada buraxdığı "Ocaq" adlı mətbu nəşrdə Azərbaycan dövlətinin atributlarını, rəmzlərini, eləcə də məsul vəzifələrdə çalışan soydaşlarını təhqir etməkdən belə çəkinməyib.

Millətimizin qatı düşməni, Ermənistan adlı murdar bir dövlətə bir vaxtlar rəhbərlik edən Serj Sarkisyanla sevinclə badə qaldıran da, elə, o, olub.

Həmsöhbətimizin bizimlə fikirlərini bölüşməsində , məqsədimiz kimisə ittiham etmək, kimisə qaralamaq, kiminsə fəaliyyətinə kölgə salmaq deyil.
Biz, sadəcə, onu demək istəyirik ki, reputasiyası təmiz olmayan bir təşkilat rəhbərinə Diasporla İş üzrə Dövlət Komitəsi niyə dəstək verir?!

Elmar Rəsulov bildirir ki, bu adamı Samarada olan soydaşlarımızın heç biri lider kimi qəbul etmir.

Vətən müharibəsi başlayan gündən Prezident İlham Əliyevin çağırışına cavab olaraq, dünya azərbaycanlıları ayağa qalxıb,Azərbaycana dəstək məqsədilə yürüş-mitinqlər keçirəndə,soydaşlarımız tərəfindən müxtəlif beynəlxalq təşkilatlara,səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlananda ,dünyanın hər yerində diaspor fəaliyyəti və aksiyalarla bağlı müxtəlif dillərdə məlumatlar yayılanda, Şirvan Kərimov əlində alətə çevirdiyi təşkilatı ilə birlikdə susmuşdu.

Axı, diaspor da millətin ordusudur.

Qarabağda tarixi zəfər çalan Milli Ordumuzun bir qoludur. Amma, millətin və dövlətin xarici ölkələrdəki təmsilçisi olan bu ordu kimlərinsə əlində siyasi alətə çevrilməməlidir.

Həsöhbətimiz bunu da deyir ki,Azərbaycanın Samara boyda böyük bir vilayətdəki diasporunun taleyi ilə çirkli oyun oynayan və Rusiya Azərbaycanlıları Liqası adı altında milli maraqlarımız əleyhinə addım atmaqdan belə çəkinməyən,diasporumuzun imicinə yalnız böyük ziyanlar vuran bu şəxsin əməllərini necə qiymətləndirmək olar?!

Müsahibimizin daha kəskin boyalarla vurğuladığı növbəti detallar milli maraqlarımız konteksindən diqqətçəkəndir.

Bu faktları söyləməyi o, özünə milli-mənəvi borc hesab edir.

Beləki,Azərbaycanda 2013-cil prezident seçkiləri ərəfəsində, ölkənin ictimai-siyasi gündəmini qatışdırmaq, siyasi sabotaj yaratmaq, cəmiyyətdə çaşqınlığ formaalaşdırmaq məqsədi ilə Rusiyada müəyyən dairələrindən bir başa təlimat və göstərişlər alaraq AzərRos,Milyaderlər Ittifaqi kimi təşkilatlarda birləşib, milli və dövlətçilik maraqlarımıza zərbə vurmaq istəyənlərin aktiv fəaliyyəti,bu işlərə Abbas Abbasovun, onun yerlərdə Şirvan Kərimov kimi əlaltılarının cənfaşanlığı, bir daha respublikada təxribat, radikal əhval-ruhiyyə, səbatsızlığ yaratmaq, hakimiyyəti zor yolu ilə ələ almaq, dövləti xəyanətləri həyat keçirmək planları zamanı, Samara vilayətində,Milli-Mədəni Muxtariyyət təşkilatlarında Şirvan Kərimovun fəallığı,Abbas Abasovu təbliğ edən,onun Azərbaycanın gələcək prezidenti olmaq işlərində təbliğat-təşviqat layihələri həyata keçirməsi, bu layihələr üçün o zaman 1500000 rubl pul xərcləməsi inkar edilməz faktlardandır.



























скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ