Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyi 20 ildir ki, resublikamızı beynəlxalq informasiya məkanında təmsil edir. İctimai Birlik 2005-ci ildə yaranmış, ilk gündən nüfuzlu beynəlxalq təşkilatların diqqətini ölkəmizdəki qaçqın və məcburi köçkünlərin həyatına, onların qarşılaşdığı problemlərə yönəldib. Təşkilat müxtəlif görüşlərdə, dəyirmi masalarda ölkəmizə qarşı sərgilənən qərəzli münasibətə vaxtında və tutarlı cavab vermişdir. Təşkilat beynəlxalq görüşlərə erməni vandalizminin cinayətlərini əks etdirən çoxsaylı səndələr və şəkillərlə qatılaraq “əzablar görmüş xalqın” əməllərini dünyaya tanıtmaq istqamətində fəaliyyət göstərib. Onu xüsusilə qeyd etməliyik ki, Xocalı faciəsinin beynəlxalq aləmə tanıdıması istiqamətində keçirilən bütün tədbirlərdə ADİM daim ön sıralarda olub.
ADİM gənclərin fiziki cəhətdən sağlamlığını və hərbi-vətənpərvərlik ruhunda böyüməsini də daim diqqətdə saxlamışdır. Təşkilatın sədri Kamil Abdullayev deyir: “Gənclik dövrü insan həyatının ən dinamik və enerjili mərhələsini təşkil edir. Bu dövrdə insanın həm fiziki, həm də zehni baxımdan inkişafı sürətlə gedir. Bizim əsas vəzifəmiz gənclərin potensialını düzgün istiqamətə yönəltmək, onların sağlam, güclü və uğurlu şəxsiyyətlər kimi formalaşmasına kömək etməkdir”. Ümumiyyətlə, ADİM-in proqramında gənclər məsələsi xüsusi yer tutur. Təşkilat bu məsələ ilə bağlı konkret 7 bənddən ibarət konkret prinsiplər də müəyyən etmişdir.
ADİM müharibə dövründə müxtəlif mətbu orqanlarda xalq-prezident vəhdətinin vacibliyini, Azərbaycanda yaşayan bütün etnik birliklərin dövlətimiz ətrafında sıx birləşməsinin zəruriliyini təbliğ və təşviq etməklə məşğul olub. Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən döyüş əməliyyatlarının ədalətli müharibə prinsiplərinə uyğunluğunu beynəlxalq görüşlərdə yüksək tribunadan səsləndirib.
ADİM daim beynəlxalq jurnalist təşkilatları, ayrı-ayrı dövlətlərn nüfuzlu ictimai institutları ilə sıx əlaqədə çalışaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və eyni zamanda ölkəmizə qarşı yönəlmiş qərəzli informasiya və yazıların mahiyyətinin aşkarlanması və ifşa olunması istiqamətində ardıcıl addımlar atıb. Təşkilatın üzvləri və rəhbərliyi erməni maraqlarının ifadəçisi olan ayrı-ayrı ölkələrin siyasətçilərinin qərəzli yanaşmalarını cavablandırmaqla bərabər, həm də xaricdə yaşayan və sapı özümüzdən olan baltaların şər və böhtanlarını tutarlı dəlillərlə alt-üst etmişdir.
Bu gün təşkilat müharibədə əldə olunan zəfərin gənclər tərəfindən mənimsənilməsi, onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ölkənin orta və ali məktəblərində davamlı iş aparır, tədbirlər keçirir.ADİM ölkədə həyata keçirilən dövlət əhəmiyyətli bütün tədbirlərin əsas hərəkətverici qüvvələrindən biri olmuş və olmaqdadır. Təşkilatın sədri Kamil Abdullayev deyir: “Hər zaman dövlətin yanında olmaq borcumuzdur”.
Təşkilat bu günlərdə 20 yaşını qeyd edir, ona dövlətçiliyimizin möhkəmlənməsi yolunda səmərəli fəaliyyətində uğurlar arrzu edirik.
İbrahim Quliyev
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi