BAKI,Forpost.az
Səudiyyə Ərəbistanının Hərameyn İşləri üzrə İdarə Heyəti (General Presidency for the Affairs of the Two Holy Mosques) açıqlayıb ki, 2025-ci il 23 sentyabr - 22 oktyabr tarixləri arasında Məscidül-Həram (Məkkə) və Məscidün-Nəbəvi (Mədinə) ümumilikdə 54 milyon 500 min ziyarətçini qəbul edib.
Forpost.azxəbər verir ki,bu əvvəlki ayla müqayisədə 938 min nəfərlik artım deməkdir və Səudiyyə Ərəbistanının zəvvarlara göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəldiyini göstərir.
Açıqlamaya əsasən, qeyd edilən dövrdə 11 milyon 700 min nəfər ümrə ibadətini yerinə yetirib. Onların təxminən 1,5 milyonu xaricdən gələn ziyarətçilərdir.
Eyni zamanda, Məscidül-Həramda 17,7 milyon, Məscidün-Nəbəvidə isə 21,3 milyon nəfər ibadət edib.
Bundan başqa, “Ravzətüş-Şərifə”yə 2 milyon ziyarət, Məhəmməd Peyğəmbər ﷺ və onun iki səhabəsinə (r.ə.) salam vermək üçün 1,5 milyon ziyarət, eləcə də “Hicr İsmail”də 9,37 milyon ibadət qeydə alınıb.
Ziyarətçi sayı “ağıllı sensor” texnologiyası ilə izlənilir
İdarə bildirib ki, bu statistika məscidlərin əsas girişlərinə yerləşdirilən ağıllı sensor sistemləri vasitəsilə toplanır. Sistemlər real vaxt rejimində ziyarətçi axınını və ibadət edənlərin sayını dəqiqliklə müəyyən edir.
“Vision 2030” strategiyasına uyğun artım
Rəsmi məlumata görə, bu göstəricilər Səudiyyə Ərəbistanının zəvvar və ibadətçilərə xidmət sahəsində həyata keçirdiyi genişmiqyaslı proqramların nəticəsidir.
Müxtəlif dövlət qurumlarının birgə səyləri sayəsində Hərameyndə xidmət keyfiyyəti artırılıb, zəvvarların təhlükəsiz və rahat ibadət mühiti təmin edilib.
Bu artım həm də “Səudiyyə Ərəbistanı 2030 Baxışı” (“Vision 2030”) proqramının məqsədləri ilə üst-üstə düşür. Strategiya Hərameynin və zəvvarların xidmət səviyyəsini yüksəltməyi əsas prioritetlərdən biri kimi müəyyən edib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi