ABŞ-nin Bakıdakı müvəqqəti işlər vəkili Emi Karlon QMİ-nin Məşvərət Şurasının üzvləri ilə görüşüb
Tarix: 1-10-2025, 15:25
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-nin Bakıdakı müvəqqəti işlər vəkili Emi Karlon QMİ-nin Məşvərət Şurasının üzvləri ilə görüşüb

1-10-2025, 15:25

ABŞ-nin Bakıdakı müvəqqəti işlər vəkili Emi Karlon Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən ənənəvi dini konfessiyaları təmsil edən QMİ-nin Məşvərət Şurasının üzvləri ilə görüşüb.

ABŞ-nin Bakıdakı səfirliyi "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Diplomatik nümayəndəlikdən qeyd ediblər ki, görüş zamanı E.Karlon avqustun 8-də keçirilən Vaşinqton sammitinin əhəmiyyətini və Cənubi Qafqazda davamlı sülhün və firavan gələcəyin qurulmasında dini icmaların mühüm rolunu vurğulayıb. Daha əvvəl bildirilmişdi ki, A.Paşazadə oktyabrın 1-də ABŞ-yə səfərə gedəcək.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ