Valeh Quliyev:Emosional zəkası,zəngin erudisiyası ilə seçilən mahir hüquqşünas
Tarix: 7-09-2025, 11:19
Google+ Paylaş
Tumblr Paylaş

Valeh Quliyev:Emosional zəkası,zəngin erudisiyası ilə seçilən mahir hüquqşünas

7-09-2025, 11:19


Elşad M.Turan
______________________________________

Antik yunan filosofu Platon yazırdı ki,kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.

Ədalətə,haqqa,qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən,onu dünyanın ən ali varlığına,zinətinə çevirən ülvi keyfiyyət sayılıb.

Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan,ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib,seçiliblər.

Parlaq şəxsiyyətləri,yüksək mənəvi idealları ilə tanınan belə şəxsiyyətlərin həyat amalı,ilk növbədə,onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.

Ömrünün zirvəsinə mətin,yeyin,düz,şax,şux,vüqarla ucalan bu insanlar həmçinin, yaşadıqları həyatın hər bir anında məhz belə olmağa çalışıb.

Zəhməti,haqqı nahaqqın ayağına verməmək əzmini,yüksək məsuliyyəti,xalqımız,dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.

Həmin ziyalı,xeyirxah,həmçinin daxili aləmində sadə,səmimi,olduqca təvazökar çalarlar gəzdirən,milli-mənəvi,əxlaqi dəyərlər kimi vacib meyarları etalon kimi çiyinlərində daşıyan insanlardan biri,-tanınmış və nüfuzlu ictimai xadim,uzun illər respublikanın prokurorluq orqanlarında çalışmış, bütün fəaliyyəti zamanı qanunların aliliyinə hörmətlə yanaşaraq və bu ali prinisplərlə ölkədə hüquq sisteminin inkişafı üçün bütün qazandığı təcrübəni həsr edən, hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, sanballı hüquqşünas Valeh Quliyevin işgüzar,geniş spektrə malik çox zəngin və rəngarəngliyi ilə seçilən həyat fəaliyyəti haqqında söz açmaq olduqca maraqlıdır.

Beləki,barlı-bəhərli,torpağa bağlı cəsur,mərd,mayası halallığla yoğrulan insanları,tarixin yaddaşna şahidlik edən qədim-qayım Muğan düzünün Cəlilabad rayonu, Əliqasımlı kəndində,-gözəl pedoqoq,rayonun tanınmış və nüfuzli ziyalılardan sayılan İbiş müəllimin halal,sadə,zəhmətkeş,ziyalı ailəsində dünyaya göz açan Valeh Quliyev,elə lap uşaqlıqdan fərqli və özünə xas keyfiyyətləri seçilmişdir.

Həmçinin atasının tələbkarlığı,zəhmi və sərtliyi,övladlarına qarşı diqqət və qayğısı da onun həyatına fərqli rənglər qata bilmişdir.

Ailədə 11 uşaq olsalar da,ataları İbiş müəllim onların təlim-tərbiyyəsi,elmə, biliyə maraqlarının olması,gələcəkdə vətənə faydalı övlad kimi yetişmələri üçün həyatını onlara həsr etmiş və qarşılğında da çəkilən zəhmət hədər getməmiş,əksinə,öz bəhrəsini vermişdir.


Bu üzdən,İbiş müəllimin 11 övladının əksəriyyəti ali təhsil almağa müvəffəq olmuş,onlar ayrı-ayrılıqda zaman-zaman ölkənin ictimai,sosial,iqtisadi həyatında qazandıqları bilik və bacarıqları ilə yaxından iştirak etmiş, bu gün də həmin aktiv fəaliyyətlərini davam etdirməkdədirlər.

Deyirlər,hər bir insanın həyatında onun gələcək taleyini müəyyənləşdirəcək və dəyişdirəcək insanlar,hadisələr,məqamlar,yaşadığı gerçəkliklər olur.

Valeh Quliyevin gələcək həyatında ona stimul verən,mükəmməl düşüncələr sərgiləməsi,bütöv şəxsiyyət kimi formalaşması üçün ən dəyərli məsləhət və tövsiyyələr aşılayanı,atası İbiş müəllim olmuşdur.

Atasının onun üzərindəki böyüklük və ucalığı,ziyasının işığı,sonradan onun gələcək düşüncələrinə,həyat kredosuna duruluq qatmağa səbəb olmuş və o, həmin saf,təmiz,bakir düşüncələrinin arxasınca getmiş,özünün gələcək həyat formulunun düsturunu bu ucalığ və həmin ziyanın işığında tapmağa müvəffəq olmuşdur.

Hələ orta məktəb illərində dəqiq elmlərdən fərqli olaraq,humanitar fənlərə maraq göstərməsi müəllimlərinin,daha çox da orta məktəbdə tarix fənnini tədris edən atası,-peşəkar,bacarıqlı pedoqoq İbiş müəllimin nəzərindən qaçmır.

Bunu da qeyd etmək yerinə düşəndir,Valeh müəllim demək olar ki, bütün fənləri böyük həvəslə oxuyur və qavrayır, məktəbdə ən nümunəvi şagird kimi tanınırdı.

Ancaq tarixə xüsusi marağı onu fərqləndirirdi.

Bu üzdən atası İbiş müəllim,onun bu istedadını görür və gələcəkdə gözəl hüquqşünas olmağa ruhlandırırdı.

Bu minvalla da,orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra, hüquqşünaslıq ixtisası üzrə ali təhsil almağa hazırlaşır.

Ancaq ali məktəbə qəbul imtahanları zamanı haqsızlığla qarışılaşır və layiq olduğu yüksək qiyməti almaq əvəzində,aldığı aşağı qiymət onu bərk sarsıdır.

Amma Valeh Quliyev əsla ruhdan düşmür.Düşüncələrində ancaq və ancaq hüquq fakultəsinə qəbul olunmaq,qarşılaşdığı bu ədalətsizliyin yerini gələcəkdə ədalətlə doldurmaq arzusu ilə yaşayır.

Belə də olur.

Valeh müəllim,bir neçə il keçdikdən sonra qəbul imtahanlrına ciddi hazırlaşır və 1978-il də Azərbaycan Dövlət Universitetinin(indiki BDU)hüquq fakültəsinin əyani şöbəsinə qəbul olnur.

Ali məktəbi bitirdikdən sonra prokurorluq orqanlarında çalışmaq istəyirdi.Çünki prokurorluq çox nüfuzlu orqan idi.

Həm də bu sahəyə onun çox böyük həvəsi var idi.

Doğurdan da,insanın həvəsi,marağı hansı sahəyədirsə,hansı peşədə faydalı olacaqsa,orda çalışmalıdır.

Əks halda nə özünə,nə başqasına faydalı ola bilməz.

Ancaq yenə də həyatın sərt döngələrində növbəti rastlaşdığı bəzi məqamlar və ədalətsiz qərararlar,onu bu dəfə də bir qədər gözlətməyə,ləngitməyə məcbur edir.

Buna baxmayaraq Cəlilabada qayıdan Valeh müəllim,bir müddət rayonun bir sıra dövlət müəssisələrində hüquqşünas kimi fəaliyyət göstərir,lakin gerçək arzusu,tələbəlik illərində peşəkar pedoqoqlardan aldığı elmi, nəzəri bilikləri respublikanın prokurorluq orqanlarında təcrübə etmək idi.

Nəhayət,gün gəlir haqq,ədalət doğurdan da öz yerini tapır və sahibinə ona layiq olduğu yeri göstərməyə işığ tutur.

1993-ci ildə o, Respublika Hərbi Prokurorluğunda xüsusi mühüm işlər üzrə müstəntiq kimi işə düzəlir.

Fəaliyyəti müddətində bir sıra xüsusi ilə mühüm hərbi cinayətlərin üstünün açılmasında və qanunun aliliyi prinsipinin bərqərar olunmasında böyük təcrübə və əzm göstərir.

Daha sonralar Respublika Baş Prokurorluğunda Ağır Cinayətlərə Dair İstintaq İdarəsində yenə də xüsusi mühüm işlər üzrə müstəntiq kimi fəaliyyət göstərir və işinin öhdəsindən mahir hüquqşünas,bacarıqlı orqan işçisi kimi gəlməyi bacarır.

Valeh müəllim, həmçinin sonralar Bakı Şəhər Prokurorluğunda və Baş Prokurorlq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində də bacarıqlı və

təcrübəli hüquqşünas kimi bir sıra mühüm işlərin icraatına məsul olur və həmin işlərin öhdəsindən yüksək peşəkarlıqla gəlir.

20 ildən artıq prokurorluq orqanlarında qanunların aliliyi prinsipinə riayət edən bu layiqli insan,bu gün də Vəkillər Kollegiyasının üzvü olaraq,həmin prinsiplərə sadiq qalaraq, 15 saylı Vəkil Bürosunda vəkil kimi insan haqlarının müdafiəsi işini görməklə,sahib olduğu hüquqşünas peşəsinin bilicisi kimi üzərinə düşən vəzifəni layiqlə yetirməyə davam etməkdədir.

Bu üzdən də bu dəyərli insanın dövlət və xalq qarşısında əvəzssiz xidmətləri gün kimi aydın,su kimi dupdurudur desək,qeyd etdiklərimz bir daha öz təsdiqini tapmış olacaq.

Çünki,Valeh müəllim indiyə kimi gördüyü bütün işlərin uğuru,doğru-düzgün nizamlanması,sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.

Bu vacib amil,haqqında danışdığımız əsl insanın ən müsbət keyfiyyətlərinə işıq salmaqla,illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir

İnsan doğulduğu mühitin övladıdır;onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin abu-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki, insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki, daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür, doğru-düzgün məntiqi düşüncə, dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o, həqiqi şəxsiyyət statusu alır.

Bu üzdən parlaq və zəngin erudisiyası,yüksək emosional zəkası ilə seçilən ictimai xadim,respublikanın hüquq sistemində öz yeri və rolu,çəkisi,həmçinin nüfuzu olan Valeh Quliyevin daxili aləminin bütün məziyyətləri,mənəvi-əxlaqi keyfiyyətləri,ruhundan qəlbinə bal kimi süzülən hiss-həyəcan və duyğuları, fikirləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix detalları ən kiçik zərrə şəklində hazırkı günümüzə kimi onun işgüzar fəaliyyətində, qazandığı uğurlarında,atdığı xeyirxah addımlarında doğru-düzgün öz əksini tapmışdır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu diqqətəlayiq keyfiyyətlər onun həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu doğrudan da, əminliklə açmış, onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə gerçək təqdim etmişdir.

İnsan,doğrudan da,əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur;vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınağından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

Beləcə,illərdir bu səmimi,doğru-dürüst insan həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına,qanunun aliliyi prinsipinə həsr etməkdədir.

Tutduğu mövqe,çıxdığı yol da özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan xətt üzrə müsbət,dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.

Bütün bunların ucalığında isə dəyərli insan,əsl ziyalı, layiqli vətəndaş Valeh Quliyevin vətənə,xalqa,dövlətə olan sevgisi və sadiqliyi,əsl vətəndaş mövqeyi tutması dayanır.

Çünki,bu insanın əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir,tamlaşır,öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətini onun simasında,ruhunda və qəlbində bir daha canlandırır.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ