Kiberhücum vasitəsi ilə qadınların şəxsi məlumatlarını əldə edən ifşa olundu
Tarix: 4-09-2025, 07:36
Google+ Paylaş
Tumblr Paylaş

Kiberhücum vasitəsi ilə qadınların şəxsi məlumatlarını əldə edən ifşa olundu

4-09-2025, 07:36


"Tik-Tok", "Instagram" və bu kimi sosial şəbəkələrdən istifadə edən qadınların səhifələrinə kiberhücumlar edərək şəxsi məlumatlarını ələ keçirməkdə təqsirləndirilən 22 yaşlı Rəşad Məmmədov həbs olunub.

Məlumatı [center][/center]Daxili İşlər Nazirliyinin mətbuat xidməti verib.

Bildirilib ki, R.Məmmədov zərərçəkənlərə məxsus video, eləcə də fotolara xüsusi proqramlar vasitəsi ilə qeyri-etik səs effektləri və məlumatlar əlavə edərək sosial şəbəkələrdə özünə məxsus səhifələrdə paylaşıb.

Görüntüləri paylaşılan şəxslərlə əlaqə saxlayan R.Məmmədov onların adına saxta səhifələr yaratdığını bildirib və hədə-qorxu gələrək rüsvayedici profillərin silinməsi müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Faktlarla bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçilib.

Onun bu kimi qanunsuz hərəkətləri nəticəsində zərərçəkən digər şəxslərin də dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ