Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə müşahidələri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Forpost.az -a bildirilib ki, növbəti monitorinq intensiv tipli meyvə bağlarında aparılıb. Monitorinqlərin keçirilməsində məqsəd meyvə bağlarında mövcud olan zərərli orqanizmləri aşkar etmək, eyni zamanda, təsərrüfat sahiblərinə payız-qış tədbirlərinin əhəmiyyətini izah etmək olub.
Aparılan monitorinqlər nəticəsində meyvə bağlarında şaftalı mənənəsi (Myzus persicae), tor gənəsi (Tetranychus urticae), armud ballıcası (Cacopsylla pyricola) və çəyirdəklilərin bakterial ləkəliyi (Xanthomonas arboricola pv. pruni) xəstəliyi aşkar edilib və zərərli orqanizmlərin dəqiq növ tərkibinin təsdiqi üçün şaftalı, nektarin və armud ağaclarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına göndərilib.
Meyvə bağlarında aşkar edilmiş zərərli orqanizmlərin sirayətlənmə səbəbləri və onlarla mübarizə tədbirləri barədə təsərrüfat sahibləri məlumatlandırılıb. Monitorinqlər zamanı fitosanitar müfəttişlər aqrokimyəvi maddələrin və pestisidlərin saxlanması, daşınması, o cümlədən tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə müvafiq tövsiyələr veriblər.
Sonda AQTA mütəxəssisləri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb və fitosanitar mübarizə tədbirləri, istifadə ediləcək pestisidlər barədə sahibkarlara tövsiyələr verilib.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi