"Azərbaycan Ordusu qarşısında duran hədəfə addım-addım irəliləyir " Bu fikirləri AKP-nin sədr müavini Numan Kurtulmuş söyləyib
Tarix: 9-10-2020, 17:01
Google+ Paylaş
Tumblr Paylaş

"Azərbaycan Ordusu qarşısında duran hədəfə addım-addım irəliləyir " Bu fikirləri AKP-nin sədr müavini Numan Kurtulmuş söyləyib

9-10-2020, 17:01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dövləti və xalqı Ermənistanın Azərbaycana təxribatının başladığı ilk gündən bütün imkanları ilə qardaş ölkənin yanındadır. Biz Azərbaycanın haqlı mübarizəsini bütün beynəlxalq platformalarda və təşkilatlarda dəstəkləyirik və axıradək dəstəkləyəcəyik. Türkiyə dövləti və xalqı olaraq Azərbaycana dəstəyimizi açıq və qəti şəkildə bildiririk. Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif dövlət başçıları ilə görüş və danışıqlarında Azərbaycanın haqlı mövqeyini onlara çatdırır. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı Türkiyə xalqının dillər əzbəri olub.

Forpost.az xəbər verir ki, bu barədə oktyabrın 8-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş Yeni Azərbaycan Partiyası ilə AKP arasında keçirilən birgə videokonfransda deyib.

O qeyd edib ki, bu konfrans Türkiyənin dəstəyini, həmçinin siyasi partiyalar səviyyəsində nümayiş etdirmək, iki ölkənin hakim partiyaları arasında əməkdaşlığı genişləndirmək, Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsində haqlı mübarizəsini müdafiə etmək məqsədilə təşkil olunub. Bu, iki siyasi partiyanın həmrəyliyinin nümayişi baxımından dəyərli toplantıdir.

Numan Kurtulmuş vurğulayıb ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsini 30 ildir işğal altında saxlayır, sentyabrın 27-də təxribat törədən də məhz Ermənistan olub. İşğalçı ölkənin rəhbərliyi, Fransada, bəzi digər Avropa ölkələrində və ABŞ-dakı erməni lobbisi Dağlıq Qarabağ münaqişəsinin həllinə hər vəchlə maneçilik törədir. Dünyanın bu açıq-aşkar həqiqətləri görməsi lazımdır. “Bu münaqişədən yeganə çıxış yolu Ermənistanın işğal altındakı Dağlıq Qarabağdan və digər Azərbaycan ərazilərindən bütünlükdə çəkilməsidir. Məsələyə beynəlxalq hüquq, insan haqları baxımından yanaşsaq, bütün ölkələr, o cümlədən Avropa dövlətləri bilməlidir ki, işğalçı Ermənistan öz qoşunlarını əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağdan çıxarana qədər bu münaqişə həllini tapmayacaq. Azərbaycan xalqı bu təxribata cavab olaraq haqlı savaşa qalxdı. Azərbaycan Ordusu qarşısında duran hədəfə doğru addım-addım irəliləyir. Bu gün Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Ermənistan ordusunu göz açmağa qoymur, - deyə Numan Kurtulmuş qeyd edib.

AKP sədrinin müavini diqqətə çatdırıb ki, artıq dünyanın müxtəlif yerlərində yaşayan insanlar işğalçının məhz Ermənistan olduğunu anlayır. Ermənistan silahlı qüvvələri BMT qətnamələrinə görə işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmalıdır. Odur ki, bu ölkəyə beynəlxalq platformalarda lazımi təzyiq göstərilməlidir. Azərbaycanlı qardaşlarımızın haqlı mövqeyini bütün ölkələrə çatdırmaqda davam edəcəyik. Azərbaycan əraziləri, Dağlıq Qarabağ həqiqi sahiblərinə qaytarıldıqdan sonra Qafqaz regionunda yaşayan bütün xalqların sülh şəraitində yaşaması mümkün olacaq.



“Ermənistan PKK və digər terrorçuları Dağlıq Qarabağdakı döyüşlərə cəlb edir və bu, beynəlxalq hüquq baxımından qəbuledilməzdir. Buna qarşı, eyni zamanda, diplomatik müstəvidə birgə mübarizə aparmalıyıq. Azərbaycanlı qardaşlarımız, inşallah, cəbhədə daha böyük zəfərlər qazanacaq”, - deyə N.Kurtulmuş əminliyini bildirib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ