Daxil olan müraciət əsasında Lənkəran rayonu, Gərmətük qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Azad Şirməmməd oğlu Həsənova məxsus “Sizin Dönər” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Agentliyin mətbuat xidmətindən bildirilib ki, baxış zamanı ictimai iaşə obyektində normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin təmin edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçinin tibbi müayinədən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi, qida məhsulları ilə təmasda olan səthlərin normativ tələblərə uyğun olmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin baytarlıq arayışı olmayan ümumi çəkisi 10 kiloqram toyuq ətindən bişmiş dönər məhsulu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız dönər məhsulunun satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun tədbirlər görülüb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi