Elvina Aslanbəy____________________________________
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Məmmədrəhim Nəcəfov Böyük Britaniyanın Ətraf Mühit, Qida və Kənd İşləri Departamentində (DEFRA) bir sıra görüşlər keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, görüşlər zamanı DEFRA nümayəndələrinə Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Eyni zamanda, iki ölkənin müvafiq qurumları arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlıq məsələləri, eləcə də baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün normativ bazanın yaradılması məqsədilə Anlaşma Memorandumunun imzalanması imkanları nəzərdən keçirilib. Ekvivalentliyin tanınmasının iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə göstərdiyi təsir, Azərbaycandan Böyük Britaniyaya kürü məhsullarının ixracı və idxal-ixrac məhsulları üzrə müvafiq sertifikatların razılaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
AQTA-nın tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Böyük Britaniyanın baytarlıq, fitosanitar və referens laboratoriyaları arasında əməkdaşlığın qurulmasına dair məsələlər müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran və ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı digər məsələlərə də toxunulub.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi