.
Hüquq və İnsan Haqları İnstitutundan verilən məlumata görə, tədbirdə çıxış edən institutun idarə heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, tarix boyu azərbaycanlılara və Azərbaycan dövlətinə qarşı törədilən faciələr və soyqırımları barədə faktları dünya ictimaiyyətinə çatdıran və cinayətkarları ifşa edən onlarca tədqiqat işi institut tərəfindən hazırlanıb.
Vəkillər Kollegiyası Akademiyasının rektoru professor Əmir Əliyev çıxışında bildirib ki, xalqımıza qarşı ağır cinayətlərin təşkilində və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılıb.
Tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, İstanbul Universitetinin Hüquq fakültəsinin professoru Fethi Gedikli, Ankara Universitetinin professoru Cavid Abdullazadə, ANAMA-nın nümayəndəsi Fərhad İsayev, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, Hüquq fakültəsinin dosenti Əlövsət Allahverdiyev, Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova və Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı İlham Əliyev mövzu ilə bağlı çıxış ediblər.
Müzakirələr zamanı “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın müddəaları təhlil olunub, həmçinin müasir şəraitdə soyqırımı törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mexanizmlərinə toxunulub.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi