Respublikamızın hər yerində olduğu kimi, Zaqatalada fəaliyyət göstərən 111 və 112 saylı seçki dairələrinin məntəqə seçki komissiyalarında da fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərinə ciddi hazırlıq iş
Tarix: 17-01-2024, 08:48
Google+ Paylaş
Tumblr Paylaş

Respublikamızın hər yerində olduğu kimi, Zaqatalada fəaliyyət göstərən 111 və 112 saylı seçki dairələrinin məntəqə seçki komissiyalarında da fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərinə ciddi hazırlıq iş

17-01-2024, 08:48

.

111 saylı Zaqatala-Balakən seçki dairəsinin tərkibinə daxil olan 50 seçki məntəqəsinin 38-i Zaqatalada, 12-si isə Balakən rayonunda yerləşir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 51 min 107 seçici qeydə alınıb. Onlardan 940 nəfəri 80-100 yaş arasındadır. 721 gənc isə bu seçkilərdə ilk dəfə səs verəcək. Hazırda seçki dairəsində müşahidəçilərin qeydə alınması prosesi davam edir. İndiyədək 50 müşahidəçi qeydiyyatdan keçib. Namizədlərin seçkiqabağı təşviqat kampaniyasına da artıq start verilib. Bu məqsədlə hər iki rayonun ərazisində müvafiq yerlər ayrılıb.

Dairənin tərkibində olan 2 saylı seçki məntəqəsi Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının binasında yerləşir. Məntəqədə prezident seçkisinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvermənin gedişini izləmək üçün məntəqədə veb-kamera da quraşdırılıb.

Məntəqə seçki komissiyasının sədri Şəhla Məmmədova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məntəqə üzrə 1170 seçici qeydə alınıb. Onlardan 11 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək: “Məntəqə üzrə ən yaşlı seçici 1932-ci il təvəllüdlü Sona Qasımovadır. Səsvermə günü Sona nənənin yaşadığı evə daşınan seçki qutusu göndəriləcək. Məntəqə üzrə səhhətində problemləri olan seçicilərin də siyahısı çıxarılıb. Onların da evlərinə daşınan seçki qutusunun göndərilməsi nəzərdə tutulur”.

112 saylı Zaqatala seçki dairəsinin dairə seçki komissiyasından verilən məlumata görə, dairənin tərkibinə daxil olan 43 seçki məntəqəsi üzrə 50 min 162 seçici qeydə alınıb. Onlardan 601 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 794 nəfəri 80-100 yaş arasındadır. Səsvermənin gedişini izləmək üçün veb-kameralar da quraşdırılıb. İndiyədək 88 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

Dairənin tərkibində olan 8 saylı seçki məntəqəsi Çobankol kənd tam orta məktəbin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Qönçə Ömərova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məntəqə üzrə 1425 seçici qeydə alınıb. Onlardan 12 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək.

Dairənin digər seçki məntəqələrində də seçkilərə hazırlıq işləri seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ