Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində növbəti görüşlər Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 9 məktəbdə təşkil olunub
Tarix: 14-12-2023, 10:57
Google+ Paylaş
Tumblr Paylaş

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində növbəti görüşlər Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 9 məktəbdə təşkil olunub

14-12-2023, 10:57

. Görüşlərdə Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutunun təşkilatçılığı, UNICEF-in dəstəyi, Elm və Təhsil Nazirliyinin (ETN) iştirakı ilə keçirilən pilot layihədə uğur əldə edərək “Məktəblilərin qida bələdçiləri” adını qazanan, eləcə də ETN tərəfindən reallaşdırılan “Məktəblinin dostu” layihəsində təmsil olunan şəxslər iştirak ediblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Bakının Suraxanı rayonu 114, 76 və 280 nömrəli, Nizami rayonu 12 nömrəli, Səbail rayonu 162 nömrəli, Binəqədi rayonu 83 nömrəli, Nərimanov rayonu 57 nömrəli, Abşeron rayonu 2 nömrəli və Sumqayıt şəhəri 33 nömrəli tam orta məktəblərdə keçirilən tədbirlərdə 3 minə yaxın şagird iştirak edib. Görüşlərdə məktəblilərə agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat verilib. Həmçinin “Ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalar hansı normalara cavab verməlidir?”, “Sağlam qidalanma rejimi”, “Zərərli qida vərdişləri”, “İmmuniteti artıran vitamin və minerallarla zəngin qidaların istehlakı” və digər mövzularda təqdimatlar edilib. Eləcə də qida təhlükəsizliyi ilə bağlı problemlə qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda, agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb.

Eyni zamanda görüşlərdə mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanılıb.

Qeyd edək ki, “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi şagirdlər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ olunması və məktəblərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ