Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tarix: 21-11-2023, 00:42
Google+ Paylaş
Tumblr Paylaş

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyinə həsr olunmuş tədbir keçirilib.

21-11-2023, 00:42



Öncə agentliyin inzibati binasında “Heydər Əliyev” guşəsində Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Yığıncaq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra Yeni Azərbaycan Partiyasına həsr edilmiş sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin sədri Vaqif Şadlinski, YAP İdarə heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov 1992-ci ildə mövcudluğumuzun sual altında olduğu bir zamanda xalqımızın yanında olan Ümummilli Lider Heydər Əliyevin bu cür taleyüklü məsələdə xilaskarlıq missiyasını öz üzərinə götürməsindən bəhs ediblər.

Qeyd edilib ki, Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, ziyalıların müraciətini nəzərə alan Ümummilli Liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verib. Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.

Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən YAP-ın əsas proqramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü iqtisadiyyat yaratmaqdan ibarət olub. Bu gün Azərbaycanın əldə etdiyi uğurlarda Yeni Azərbaycan Partiyasının rolu böyükdür.

Ulu Öndərin siyasi varisi olan İlham Əliyev 2003-cü ildə xalqın iradəsi ilə Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyulub. Azərbaycan dövləti öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın mübarizə ruhu, əzmkar mövqeyi sayəsində yeni zirvələrə doğru inamla irəliləməyə başlayıb. Bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyət daşıyan uğurlar əldə olunub. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması – 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə sayəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin real nəticəsidir.

Tədbirin sonunda YAP Nəsimi rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup ərazi partiya təşkilatına təşəkkürnamə, partiya biletləri təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ