Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) növbədənkənar onlayn VI Qurultayı keçirilib. Qurultayda BHİK-nın Baş katibi vəzifəsini icra edən Luk Trianql qurumun yeni Baş katibi seçilib
Tarix: 13-10-2023, 09:01
Google+ Paylaş
Tumblr Paylaş

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) növbədənkənar onlayn VI Qurultayı keçirilib. Qurultayda BHİK-nın Baş katibi vəzifəsini icra edən Luk Trianql qurumun yeni Baş katibi seçilib

13-10-2023, 09:01

Oktyabrın 12-də Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) növbədənkənar onlayn VI Qurultayı keçirilib. Qurultayda BHİK-nın Baş katibi vəzifəsini icra edən Luk Trianql qurumun yeni Baş katibi seçilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK)

bildirilib ki, AHİK sədri, Milli Məclisin deputatı, BHİK-nın və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev tədbirə qoşularaq çıxış edib.

Luk Trianqlı BHİK-nın Baş katibi seçilməsi münasibətilə təbrik edən AHİK sədri diqqətə çatdırıb ki, bu gün həmkarlar ittifaqının gücünə hər zamankından daha çox ehtiyacı var: “İş dünyasında dayanmadan baş verən ciddi dəyişikliklər və texnoloji inkişaflar istər iş saatlarında, istərsə də iş yerlərində yeni imkanlarla bərabər, yeni problemlərə də səbəb olur. Bu gün iqtisadiyyatın bəşəriyyətə xidmət etməsini təmin etmək, insanları və planeti məhv olmaq təhlükəsindən xilas etmək üçün Sosial Müqaviləyə əvvəlkindən daha çox ehtiyac yaranıb. Xüsusilə kollektiv müqavilələr və kollektiv əmək mübahisələrinin həlli kontekstində həmkarlar ittifaqlarının üzərinə əvvəlkindən daha çox vəzifə düşür”.

“Azərbaycan uzun müddət müharibə şəraitində yaşayıb və bunun xalq üçün, dinc əhali və iş yerləri, iqtisadiyyat, sosial vəziyyət üçün necə çıxılmaz vəziyyət, üzücü hal olduğunu yaxşı bilirik. Ümid edirik ki, tez bir zamanda təkcə regionumuzda deyil, dünyanın hər bir yerində sülh bərqərar olacaq və hər kəs bərabər şərtlərdə layiqli iş yerlərində çalışmaq imkanı qazanacaq. Azərbaycan həmkarlar ittifaqları hər zaman beynəlxalq ictimaiyyətin qlobal inkişaf təşəbbüslərinə daim yaxından maraq göstərir. Bundan sonra da işçilərin hüquqlarının qorunması naminə BHİK ilə birgə tərəfdaşlığımızı davam etdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə Səttar Möhbalıyev əlavə edib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ