Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib
Tarix: 4-10-2023, 11:23
Google+ Paylaş
Tumblr Paylaş

Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib

4-10-2023, 11:23

Oktyabrın 3-də

.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, komitə sədri Siyavuş Novruzov gündəliyə bir məsələnin daxil edildiyini diqqətə çatdırıb. Həmin məsələnin Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olduğunu qeyd edən S.Novruzov gündəlikdə “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanun layihəsinin müzakirə olunduğunu bildirib.

Oktyabrın 3-ü tarixinin Azərbaycan xalqının həyatında əlamətdar hadisə kimi yadda qaldığını xatırladan komitə sədri Ulu Öndər Heydər Əliyevin 30 il əvvəl bu günündə hakimiyyətə qayıdışının Azərbaycanın qurtuluşu və bugünkü uğurlarımızın təməli olduğunu vurğulayıb. Ümummilli Liderin siyasətinin uğurla davam etdirildiyini diqqətə çatdıran Azərbaycanın müstəqil, suveren, demokratik dövlət kimi inkişaf etdirilməsi istiqamətində əməli addımlar atıldığını deyib.

Sonra qanun layihəsi barədə məlumat verən S.Novruzov bildirib ki, Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərində bu qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, bir sıra dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisindən və Abşeron rayonunun inzibati ərazisində yerləşən müəyyən torpaq sahələrinin Sumqayıt şəhərinin inzibati ərazisinə verilməsi nəzərdə tutulub.

İclasda komitənin sədr müavini Elşən Musayev, komitə üzvləri Cavid Osmanov, Emin Hacıyev, Aqil Məmmədov, Səttar Möhbalıyev çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı günü ilə əlaqədar öz ürək sözlərini söyləyiblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin qoyduğu irsin müasir çağırışlara uyğun olaraq müvəffəqiyyətlə davam etdirilməsindən, ölkənin ərazi bütövlüyünün tam bərpa olunmasından, suverenliyimizin təmin edildiyindən danışılıb.

Sonra deputatlar qanun layihəsi barədə fikirlərini açıqlayaraq, son illər Sumqayıt şəhərinin daha da inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımların atıldığı, təqdim olunan sənədin məqsədəmüvafiq olduğunu deyiblər.

Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ