Qarabağda yaşayan erməniəsilli sakinlərin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılması diqqətdə saxlanır
Tarix: 25-09-2023, 00:33
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağda yaşayan erməniəsilli sakinlərin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılması diqqətdə saxlanır

25-09-2023, 00:33

, onların pasportlaşdırılması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işi diqqətdə saxlanılır. Bu istiqamətdə müraciət edən şəxslər var. Erməniəsilli sakinlərin əsas müraciətləri onların təhlükəsizliyi, sağlamlığı ilə bağlıdır. Yaşlı insanlar müvafiq olaraq tibbi heyətlə təmin olunub, onlar çadırlara köçürülüb.

Bunu jurnalistlərə müsahibəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən Füzuli, Ağdam və Kəlbəcərdə çadırlar quraşdırılıb, həmin şəxslər orada yerləşdirilib. Onlar gündəlik 24 saat fasiləsiz yeməklə təmin olunur. Eləcə də tibbi personal sağlamlıqları ilə bağlı məsələləri diqqətdə saxlayır.

“Ümumiyyətlə, hansı rayonda yaşamasından və kimliyindən asılı olmayaraq, sadə vətəndaşlarımız əgər Azərbaycan Respublikasının yurisdiksiyasına daxil olan ərazidədirsə, qanunvericiliyimiz çərçivəsində onların hüquqları qorunur. Lənkəran, Şəki, Gəncə, Bakı və respublikamızın digər yerlərində Azərbaycan vətəndaşlarının, etnik qrupların təhlükəsizliyi təmin edildiyi və hüquqları qorunduğu kimi, eynilə də Qarabağ iqtisadi rayonunda erməniəsilli sakinlərin təhlükəsizliyi tam təmin olunmaqla, hüquqları müdafiə edilir”, - deyə mətbuat xidmətinin rəisi söyləyib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ