Sentyabrın 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Polşanın baş müftisi Tomasz Miskievicz ilə görüşüb
Tarix: 19-09-2023, 02:03
Google+ Paylaş
Tumblr Paylaş

Sentyabrın 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Polşanın baş müftisi Tomasz Miskievicz ilə görüşüb

19-09-2023, 02:03

.

Qurumun mətbuat xidmətindən bildiriblər ki, görüşdə şeyxülislam A. Paşazadə Polşa ilə Azərbaycan arasında mədəni-mənəvi əlaqələrdən bəhs edərək, polyak əsilli Roma Papası II İohan Pavel barədə xatirələrini bölüşüb. II İohann Pavelin papalıq dövrünün ilk illəri barədə danışan QMİ sədri onun şəxsiyyətinin və fəaliyyətinin olduqca böyük maraq doğurduğunu qeyd edib. A.Paşazadə Ulu Öndər Heydər Əliyevin dəvəti ilə Vatikan rəhbərinin ilk dəfə Azərbaycana səfərini böyük önəm daşıyan hadisə kimi dəyərləndirib. Bunun ardınca Azərbaycanın dini konfessiya rəhbərlərinin Vatikana səfərinə toxunub, hazırda Müqəddəs Taxt-Tacla münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Azərbaycanda dini-mənəvi həyat barədə qonağı məlumatlandıran QMİ sədri A.Paşazadə ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə qurulduğunu, dini konfessiyalar arasında mənəvi harmoniya mühitinin hökm sürdüyünü, multikulturalizmin dövlət siyasəti qismində həyata keçirildiyi, dini icmaların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib, ölkəmizin dinlərarası əməkdaşlığa dair beynəlxalq təşəbbüsləri və ev sahibliyi etdiyi dinlər və sivilizasiyalararası dialoqa dair qlobal tədbirlər barədə danışıb. A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Polşa ilə dini-mənəvi əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Polşanın Baş müftisi Tomasz Miskievicz Polşada 100 minlik müsəlman icmasının fəaliyyəti, XIV əsrdən Polşada məskunlaşan türk kökənli etnik azlıqlar olan tatarların öz çoxəsrlik tarixi və dini-mədəni irsini qoruması yönündə səylərindən ətraflı bəhs edib. Azərbaycanla əlaqələrə, o cümlədən dini-mənəvi sahədə münasibətlərin dərinləşməsinə yüksək dəyər verən baş müfti şeyxülislamı Polşaya səfər dəvət edib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ