Qida təhlükəsizliyi agentləri Fransada
Tarix: 25-05-2023, 11:39
Google+ Paylaş
Tumblr Paylaş

Qida təhlükəsizliyi agentləri Fransada

25-05-2023, 11:39

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələrinin (ÜHST) Ümumdünya Assambleyasının Fransada keçirilən 90-cı baş sessiyasında iştirakla bağlı Fransaya səfəri davam edir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində ÜHST-nin Heyvan Xəstəlikləri üzrə Elmi Komissiyasının prezidenti Cristobal Zepedanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan tərəfindən təqdim edilmiş xırdabuynuzlu heyvanların taunu (PPR) müraciəti ilə əlaqədar Elmi Komissiyanın qiymətləndirmə hesabatı və tövsiyələri, habelə rəsmi status üçün yenidən müraciət etməzdən əvvəl görülməli işlər barədə müzakirələr aparılıb.

Agentliyinin sədri son illərdə Azərbaycanda heyvan sağlamlığının təmin olunması sahəsində həyata keçirilən tədbirlər və innovativ yeniliklərin tətbiqinin heyvan xəstəlikləri ilə mübarizə istiqamətində, həmçinin qida təhlükəsizliyinin təmin olunması sahəsində öz bəhrəsini verdiyini bildirib. Agentlik sədri qeyd edib ki, məqsədimiz “Vahid sağlamlıq” konsepsiyası çərçivəsində insanların və heyvanların sağlamlığı üçün təhlükə yaradan, təbiətə və ətraf mühitə ziyan vuran, habelə ciddi iqtisadi itkilərə səbəb olan xəstəliklərə qarşı ən effektiv izləmə və mübarizə üsullarını icra etməkdir.

Daha sonra agentlik sədri və Litva Respublikasının Dövlət Qida və Baytarlıq Xidmətinin direktor müavini Devidas Kluiçinskasın rəhbərlik etdiyi nümayəndə heyətləri arasına görüş keçirilib. Görüşdə 2023-cü il yanvarın 1-dən Azərbaycanda qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələbləri qarşı tərəfin diqqətinə çatdırılıb.

Görüş çərçivəsində ölkəmizin baytarlıq sisteminin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə tvinninq layihəsinin hazırlanması, Litvanın Kaunas şəhərində yerləşən Süd Tədqiqatı Laboratoriyası ilə agentlik arasında “Taiex” layihəsinin hazırlanması, Litvada süd nəzarət sistemi, südün təhlükəsizliyi və keyfiyyətinin artırılması üzrə Litva təcrübəsinin öyrənilməsi sahəsində fikir mübadiləsi aparılıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ