Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Göyçay şəhəri, H.Əliyev prospektində fiziki şəxs Beydullayev Kənan Yaşar oğluna məxsus “MEGA” marketdə yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Marketin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, mal qonşuluğu qaydalarına və temperatur rejiminə riayət edilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub. Həmçinin qablaşdırmasında etiket məlumatları olmayan konservləşdirilmiş turşu (50 ədəd 3 kiloqramlıq, 16 ədəd 1 kiloqramlıq) və yağ məhsulunun (1 ədəd 2 kiloqramlıq), Azərbaycan dilində markalanması olmayan kolbasa, sosiska, konservləşdirilmiş balıq və mal əti, xurma, uşaq qidası və s. məhsulların satışının həyata keçirildiyi müəyyən olunub.
Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi