Qida təhlükəsizliyi agentləri ölkədə heyvan kəsimini müasir tələblərə uyğunlaşdırmaq istiqamətində işləri davam etdirir
Tarix: 20-04-2023, 10:18
Google+ Paylaş
Tumblr Paylaş

Qida təhlükəsizliyi agentləri ölkədə heyvan kəsimini müasir tələblərə uyğunlaşdırmaq istiqamətində işləri davam etdirir

20-04-2023, 10:18

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən

verilən məlumata görə, aprelin 18-də respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri, Abşeron və Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/4207 linkində tanış olmaq olar.

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ