Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasının Elm və İKT Nazirliyi və BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə təşkilatçılığı ilə keçirilmiş 1-ci Asiya-Sakit Okean Rəqəmsal Nazirlər Konfransında iştirak etmək məqsədilə Koreya Respublikasının paytaxtı Seul şəhərinə səfər edib.
“Birgə Gələcəyimizin Formalaşdırılması” mövzusunda baş tutan konfransın əsas məqsədlərindən biri dövlət xidmətləri sahəsində sosial innovasiyalar, rəqəmsal idarəetmə, hökumət texnologiyaları, süni intellektlə bağlı ən son mövzular üzrə təcrübələrin bölüşülməsidir. Konfrans çərçivəsində Asiya-Sakit Okean Məlumat Platformasının 2022-2026-cı illər üzrə tədbirlər planı müzakirə edilib.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Forpost.az
Qeyd olunan sahələrdə beynəlxalq əməkdaşlığın və bu çərçivədə qarşılıqlı təcrübələrin bölüşülməsinin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, dövlət xidmətlərinin göstərilməsində rəqəmsal texnologiyalardan istifadənin vacibliyi, rəqəmsal transformasiyanın qabaqcıl idarəçilik və vətəndaş məmnunluğunun əhəmiyyətindən bəhs olunub.
Konfransda BMT və bir sıra beynəlxalq təşkilatların yüksəksəviyyəli rəsmiləri, müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının rəhbərləri çıxış ediblər.
Ölkəmiz tərəfindən elektron hökumət və rəqəmsallaşma sahəsində görülən işlər digər iştirakçılar tərəfindən maraqla qarşılanıb və müvafiq sahələrdə qarşılıqlı əməkdaşlığın qurulması ilə bağlı ilkin razılıqlar əldə olunub.
Tədbir çərçivəsində Koreya Respublikasının elm və İKT naziri, Maldivin ətraf mühit, iqlim dəyişikliyi və texnologiyalar üzrə dövlət naziri ilə müvafiq əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi