Qida təhlükəsizliyi agentləri idxal məhsullarına nəzarəti gücləndirir
Tarix: 29-09-2022, 00:30
Google+ Paylaş
Tumblr Paylaş

Qida təhlükəsizliyi agentləri idxal məhsullarına nəzarəti gücləndirir

29-09-2022, 00:30

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Forpost.az

-a verilən məlumata görə, “Əkinçi -10 2021” MMC tərəfindən Gürcüstanda fəaliyyət göstərən “LIMA” şirkətindən və Rusiya Federasiyasında fəaliyyət göstərən S.N.Sovzıxonoviçə məxsus müəssisədən ölkəmizə idxal olunan 45 ton ərzaqlıq kartof məhsulundan agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm – kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb.

Aşkar edilmiş faktla bağlı məhsulun məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ