İyulun 25-i Ümumdünya Suda Boğulmaların Qarşısının Alınması Günü qeyd edilir.
Forpost.az
Suda ölüm halları bütün dünyada 24 yaşa qədər uşaqların və gənclərin ölümünün əsas səbəblərindən biridir. Hər il dünyada 236 mindən çox insan suda boğulur.
İnsanların suda həlak olmasının qarşısını almağa yönəlmiş tədbirləri fəallaşdırmaq üçün bazar ertəsi axşam ÜST-nin mənzil-qərargahının yerləşdiyi Cenevrədə məşhur Je-Do fəvvarəsi mavi rənglə işıqlandırılıb. Oxşar aksiyalar dünyanın başqa şəhərlərində də keçirilib.
Suda boğulma nəticəsində ölüm hallarının 90 faizdən çoxu gəlirləri orta və aşağı səviyyədə olan ölkələrdə baş verir. Bu halda 5 yaşa qədər uşaqlar daha çox riskə məruz qalır. Belə ölüm halları çox vaxt çimmək, məişət ehtiyacları üçün su götürmək, qayıqlarda gəzmək və balıq ovu kimi hadisələrlə bağlı olur. Fövqəladə hava şəraiti – daşqınlar və mussonlar da boğulma hallarına tez-tez gətirib çıxarır.
ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus deyib: “Hər il dünyada yüz minlərlə insan suda boğulur, halbuki belə ölüm hallarının çoxunun qarşısını sadə və ucuz başa gələn tədbirlərlə almaq mümkündür. Gəlin birləşək və insanların suda boğulmasını dayandıraq”.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi