Qida təhlükəsizliyi agentləri istehlakçıların hüquqlarının qotunması işinə çox önəm verməkdədir
Tarix: 18-07-2022, 10:16
Google+ Paylaş
Tumblr Paylaş

Qida təhlükəsizliyi agentləri istehlakçıların hüquqlarının qotunması işinə çox önəm verməkdədir

18-07-2022, 10:16

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən

verilən məlumata görə, aparılan monitorinqlər zamanı son günlərdə quş əti və quşçuluq məhsullarının baytarlıq şəhadətnaməsi olmadan satış şəbəkələrinə qəbul olunduğu, həmçinin belə məhsulların daşınmasında müvafiq müşayiətedici sənədin olmaması faktları aşkar edilib.

Agentlik quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, heyvan mənşəli məhsullar, o cümlədən quşçuluq məhsulları xüsusi risk qrupuna daxil olan qida məhsullarıdır və onların istehsalı, emalı, qablaşdırılması, saxlanılması, daşınması və satışı zamanı müvafiq normativ hüquqi aktların tələblərinə əməl edilməməsi qanun pozuntusu olmaqla yanaşı, insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Ona görə də quş əti və quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektləri daha diqqətli olmalı, eyni zamanda satış üçün quş əti və digər quşçuluq məhsullarını qəbul edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. Ticarət şəbəkələri tərəfindən quşçuluq məhsulları qəbul olunarkən AQTA-nın verdiyi baytarlıq şəhadətnaməsi və ya arayış tələb olunmalıdır. Müvafiq sənəd olmadan qəbul edilən məhsul mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsul hesab olunur.

AQTA bəyan edir ki, belə hallar aşkarlanarsa, ticarət müəssisəsinin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunacaq və onların fəaliyyətinin qarşısı qanunvericiliyin tələbləri çərçivəsində qətiyyətlə alınacaq.

Ətraflıскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ