Qida təhlükəsizliyi agentləri Tovuzda
Tarix: 20-06-2022, 01:49
Google+ Paylaş
Tumblr Paylaş

Qida təhlükəsizliyi agentləri Tovuzda

20-06-2022, 01:49

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin iyun ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 17-də Tovuz şəhər Heydər Əliyev Mərkəzində Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Qoşqar Təhməzli və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiram bildiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, qəbulda vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı olub. Müraciətlərin bir qismi yerində həll olunub, bəzi məsələlər araşdırılmaq üçün nəzarətə götürülüb, agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qida Təhlükəsizliyi İnstitutunun həmin regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə baxılıb, daha sonra sədr agentliyin Tovuz regional bölməsinin fəaliyyətinə baxış keçirib.

Səfər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin sədri Qazax rayonunda Azərbaycanla Gürcüstanın sərhədində Dövlət Gömrük Komitəsinin “Qırmızı körpü” gömrük postunda olub. Həmin ərazidə layihələndirilən və tikilməsi nəzərdə tutulan agentliyin qida təhlükəsizliyinə nəzarət məntəqəsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ