Azərbaycanda səfərdə olan Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış məşhur “KOSUQİ-Zohen” şirkətinin rəhbəri Saki Kosuqi və həmin şirkətin meneceri Andreas Hamaçerlə Xətai Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Rayon icra hakimiyyətindən Forpost.az
Görüşdə Azərbaycan-Yaponiya dostluq münasibətləri çərçivəsində iş birliyinin davam etdirilməsi müzakirə olunub.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev görüşdə çıxış edərək Yaponiya – Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyindən, 44 günlük Vətən müharibəsində əldə olunan böyük Zəfərdən, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərindən danışıb.
Yapon nümayəndə heyətinin rəhbəri Saki Kosuqi hər dəfə Azərbaycanda, o cümlədən Xətai rayonunda olmaqdan məmnunluğunu bildirib. Lakin pandemiya səbəbindən təxminən iki ildir Azərbaycana gələ bilmədiyini qeyd edən qonaq vurğulayıb ki, Yapon bağının məhz Xətai rayonunda öz gözəlliyi ilə seçilən, əhalinin daha çox üstünlük verdiyi istirahət məkanı olan, xalqımızın ümummilli liderinin adını daşıyan Heydər Əliyev parkında olması onu çox sevindirir. Çünki məhz bu dahi şəxsiyyətə olan böyük sevgi və parkın füsunkarlığı Yapon mədəniyyətini özündə əks etdirən Yapon bağının məhz həmin ərazidə salınmasına səbəb olub. Həmçinin bağın yüksək səviyyədə qorunub saxlanılmasından məmnun olduğunu vurğulayıb. Eləcə də Azərbaycana növbəti gəlişi zamanı Qarabağa, Şuşaya səfər etmək arzusunda olduğunu deyib.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Qlobal Dünyanın yoxsa ABŞ-ın Donald Tramp Problemi Dilemması(!)
Qlobal Geo-Siyasi İdarEtmə və Hakimiyyət Düzəninin Süni İntelleket Dominantlığı
ABŞ-İran:Sülhün Gizli Mətni yaxud Cəza Müqaviləsinin Memorandimu
Geo-Siyasi Münaqişələrin Qlobal Aclığ Böhranı yaxud Yeni Dünya Nizamının Ədalətsiz Arxitekturası
Rusiyanın Geosiyasi Perspektivində Taliban yaxud Diplomatiya və Təhlükəsizlik Dinamikasında Qeyri-Sabit Mühitə Hesablanmış Risk
Yaxın Şərq: Müdafiədfən Ambisyaya Keçidin Geo-Siyasi Dizaynı yaxud Yeni Regional Xəritə:Parçalanma,Hedcinq və Çəkindirmə
Ermənistan:Paşinyan Hakimiyyətinin Siyasi DNT-si yaxud Gücün Konsentrasiyası yoxsa Ləkələnmiş Mandat
Çinin İrandan Neft Aslılığının Arxasındakı Qırılan Təchizat Zəncirlərinin Bərpası Strateji Praqmatizmi